Cümə xütbəsində gömrük işçiləri tənqid edildi: “GÖZLƏRİNİZ YOXDURMU?”

Cümə xütbəsində gömrük işçiləri tənqid edildi: “GÖZLƏRİNİZ YOXDURMU?”

Hurriyyet.org xəbər verir ki, İranda cümə xütbələrində ölkənin düşmüş olduğu iqtisadi vəziyyət tənqid hədəfinə çevrilib. İran mətbuatının yazdığına görə, ölkənin tanınmış din xadimlərindən olan, Məşhəd şəhərinin cümə axundu Ayətullah İlmul Xüda vətəndaşların bəzilərinin ən vacib ehtiyaclarını ödəməyə imkanlarının çatmadığını deyib: “Xalq, yaşamaq üçün zəruri olan ilkin tələbat mallarının bahalı olmasından şikayətçidir. Yeməyə ət tapılmır. Hökumətimizi xilas eləmək istəyirik. Əgər hökumət olaraq problemləri həll edə bilmirsinizsə, başqalarından yardım alın”. O, qoyunların qaçaq yollarla ölkə xaricinə satılmasının ətin bahalaşmasına səbəb olduğu iddiaları barəsində deyib: “Məmləkətin sərhədlərinə kim nəzarət edir ki, qoyunlar qaçaq yolla ölkədən çıxır? Sizin gözləriniz yoxdurmu?”.

Rəşt şəhərinin cümə axundu Ayətullah Rəsul Fəlahəti isə deyib: “İdarəçilər 20 milyon insanın maaşı qədər məvacib alırlar. Ölkədəki ağır iqtisadi vəziyyət onlara aid deyil”.

Tehranın cümə axundu Məhəmməd Həsən əbu Turabi də xütbəsində İran iqtisadiyyatının ABŞ sanksiyalarının mənfi təsirinə məruz qaldığını və ölkə daxilindəki problemlərin həll ediləcəyi təqdirdə, sanksiyaların mənfi təsirlərinin azaldıla biləcəyini qeyd edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA