Dağlıq Qarabağ münaqişəsi zamanı neçə nəfər itkin düşüb?

  • 2019-02-07 12:41:22
  • |
  • Aktual /

Dağlıq Qarabağ münaqişəsi zamanı neçə nəfər itkin düşüb?

"Hazırda bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb".

Hurriyyet.org xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK ) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib.

O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb:
"Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir".

D.Messeri əlavə edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: "Toplanan məlumatlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya zərurəti yaranarsa həmin baza məlumatlarından istifadə ediləcək".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA