Daha bir güləşçimiz AÇ-də erməni rəqibini MƏĞLUB ETDİ

  • 2019-06-08 21:09:37
  • |
  • İdman /

Daha bir güləşçimiz AÇ-də erməni rəqibini MƏĞLUB ETDİ

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında daha bir idmançımız erməni rəqibindən üstün olub.

125 kq çəki dərəcəsində mübarizə aparan İslam Abuyev 1/4 finalda Ermənistan idmançısı Aşot Ruşanyanı 2:0 hesabı ilə məğlub edib.

O, yarımfinalda rusiyalı Saypuddin Məhəmmədovla qarşılaşacaq.

Qeyd edək ki, bu qitə birinciliyində Azərbaycan güləşçiləri üç dəfə prinsipial görüşə çıxıb və hər üçündə qalib gəlib.\\Oxu.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA