Daha bir güləşçimiz Avropa çempionatında yarımfinala adlayıb

  • 2019-04-10 20:13:03
  • |
  • İdman /

Daha bir güləşçimiz Avropa çempionatında yarımfinala adlayıb

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Türkan Nəsirova (-50 kq) və Elmira Qəmbərova (-59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub.

Dünya üçüncüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi ukraynalı Alla Çerkasova olacaq.

Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva (-76 kq) startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA