Daha bir ölkədə QİYAM: Paytaxtın bir hissəsi ələ keçirildi

  • 2019-01-21 17:44:24
  • |
  • Dünya /

Daha bir ölkədə QİYAM: Paytaxtın bir hissəsi ələ keçirildi

Venesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.

Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, mayor Valdren Giqueroanın başçılıq etdiyi bildirilən qiyamçılar xalqı hökumətə qarşı ayağa qalxmağa çağırıblar.

Hazırda həmin bölgəyə xüsusi təyinatlı hərbi birləşmələrin, habelə Bolivariana Milli Polisinin xüsusi təyinatlı briqadasının çəlb edildiyi bildirilir.

Sosial şəbəkələrdə qiyamçıların hərəkatını əks etdirən, habelə Konstitusiyanı müdafiə etməyə və hökumətə itaətsizliyə çağıran videolar yerləşdirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA