DAHA BİR TELEKANAL RƏHBƏRİ İSTEFAYA GÖNDƏRİLİR – Milyonluq yeyinti, jurnalist xanıma xərclənən külli miqdarda pullar, alınan bahalı mənzillər, avtomobillər…

DAHA BİR TELEKANAL RƏHBƏRİ İSTEFAYA GÖNDƏRİLİR – Milyonluq yeyinti, jurnalist xanıma xərclənən külli miqdarda pullar, alınan bahalı mənzillər, avtomobillər…

ATV-nin sabiq prezidenti Vüqar Qaradağlıdan sonra, daha bir telekanalın rəhbəri yaxında vəzifədən azad oluna bilər. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, aparıcı telekanalın birində aparılan yoxlamalar ciddi yeyinti faktlarını ortaya çıxarıb. Bu səbəbdən də telekanal rəhbərinin yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir...

Mənbə deyir ki, son vaxtlar barəsində mətbuatda çox ciddi faktlar açıqlanan, bahalı villalarının və restoranlarının fotoları yayılan telekanal rəhbəri barəsində cinayət işinin açılacağı da istisna deyil. Çünki büdcədən yayındırılan və “yeyilən” vəsaitin həcmi həddindən artıq çoxdur.

Bütün bunlarla yanaşı, aparılan araşdırma nəticəsində onun barəsində bir sıra sensasion faktlar da üzə çıxarılıb. Bunlardan biri kimi, qeyri-rəsmi yaşadığı jurnalist xanımlardan birinə alınan yarım milyonluq ev və bahalı avtomobildir. Mənbə deyir ki, diqqət çəkməmək üçün həmin jurnalist xanımı başqa bir televiziyada işə qəbul etdirən sözügedən telekanal rəhbəri ara-sıra onun mənzilində gecələyir ki, bu zaman da qonşuların diqqətini çəkməmək üçün binanın qarajından birbaşa mənzilə qalxan liftdən istifadə edir. Onun bu qaranlıq əməllərindən isə yalnız sürücüsünün xəbərdar olduğu bildirilir...

Söhbət hansı telekanl rəhbərindən gedir və həmin jurnalist xanım kimdir? Bu və digər sensasion faktlarla tezliklə Hurriyyet.org-da tanış ola bləcəksiniz. Bizi izləyin.

Hurriyyet.org

Loading...

QALEREYA