Danimarkalı xanım Azərbaycan rəqsini belə ifa etdi - VİDEO/FOTO

Danimarkalı xanım Azərbaycan rəqsini belə ifa etdi - VİDEO/FOTO

Danimarkada yaşayan Mette Svane adlı rəqqasə Azərbaycan xalq mahnısı “Görmüşəm, sevmişəm” in sədaları altında rəqs edib.

Bu sözləri Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk deyib.

“Danimarkanın mərkəzi kitabxanalarının birində təqdimat keçirən rəqqasə Azərbaycanın mədəniyyəti, milli-mənəvi dəyərli haqqında iştirakçılara ətraflı məlumat verib. Mette Svane Azərbaycana səfəri ilə bağlı düşüncələrini bölüşüb. Azərbaycan musiqi alətlərinin, milli geyimlərimizin nümayişi insanların marağına səbəb olub.

Mette Svane Azərbaycansevərdir və hər yerdə Azərbaycan dəyərlərini təbliğ edir. Mette xanıma Bakıda olarkən Azərbaycan rəqslərini Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Aydan Kamilova öyrədib.

Qeyd edək ki, qarşıda Mette Svane ilə Danimarka-Azərbaycan Cəmiyyətinin sədri Kəmalə Hüseynovanın birgə tədbirlərinin keçiriləcəyi gözlənilir”, - deyə E.Eltürk bildirib.

Loading...

QALEREYA