Danışıqlarda Qarabağın iştirakı - PAŞİNYAN TƏKİD EDİR

Danışıqlarda Qarabağın iştirakı - PAŞİNYAN TƏKİD EDİR

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da birbaşa yayımda Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, erməni baş naziri deyib: "Mən və Azərbaycan Prezidenti görüşü müsbət qiymətləndirdik".

Paşinyan şərhində danışıqlarda Qarabağın iştirakı məsələsinə yenidən toxunub: "Biz Vyanaya danışıqlara Stepanakertin (Xankəndi-red.) qayıdışı gündəliyi ilə getmişdik. Və bu, formatın dəyişikliyi və ilkin şərt deyil, olsa-olsa danışıqları daha effektiv etmək cəhdidir. Azərbaycan deyir ki, format dəyişməz qaldı".

"Vyanada Qarabağın bilavasitə iştirakı məsələsi müzakirə edilirdi, biz ciddi arqumentlər gətirdik. Tərəflər razılığa gəlmədilər, amma biz bu mövzuya hələ qayıdacağıq", - deyə Paşinyan vurğulayıb.

“Vyana görüşündə Madrid prinsiplərinin izahı məsələsi də qaldırıldı. Bu mərhələdə erməni tərəfi onu maraqlandıran bütün suallara cavab almadı. Bütün məsələləri bir görüşün gedişatında aydınlaşdırmaq mümkün deyil”,- Paşinyan belə hesab edir.

Ermənistanın baş naziri onu da qeyd edib ki, Qarabağın danışıqlara cəlb edilməsi əsla Azərbaycanın məğlubiyyəti hesab edilə bilməz.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA