Davudoğlu serialdakı təhdidlərə cavab verdi: "Kimin xəyanət etdiyini vaxt göstərəcək" - VİDEO

  • 2019-05-11 11:42:12
  • |
  • Region /

Davudoğlu serialdakı təhdidlərə cavab verdi: "Kimin xəyanət etdiyini vaxt göstərəcək" - VİDEO

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu "Payxtat Əbdülhəmid" serialının son bölümündə ona verilmək istənilən mesajı sərt sözlərlə tənqid edib.

Hurriyyet.org yeniavaz.com-a istinadla xəbər verir ki, Ə.Davudoğlu həmin bölümün onu çox da təsirləndirmədiyini deyib.

Bununla belə, o, bir çox həmyerlisindən və dostundan aldığı ismarıclar səbəbindən mövzu ilə bağlı açıqlama ehtiyacı duyduğunu qeyd edib: "Serialın son bölümündə belə demək mümkündürsə bəzi xain dairələrin etdiyi kimi üstüörtülü şəkildə bəzi ismarıclar verildiyi iddia edilir. Sultan Əbdülhəmidin dilindən çıxması mümkün olmayan bəzi ifadələrin keçmiş millət vəkillərinə, sabiq dövlət məmurlarına yönəltməklə gündəlik siyasətə mesaj göndərilir. Bunu heç vaxt ciddi qəbul etməmişəm. Bu cür mesajlar dövlət əxlaqı və ictimai əxlaq baxımından doğru deyil. Ancaq o qədər çox ismarıc gəldi ki, hətta məyusluğunu ifadə edən bir dostumuz telefonda ağladı. Əgər Sultan Əbdülhəmidin mirasına sahib çıxacaq bir kəs varsa, ən çox biz sahib çıxarıq. Vaxt gələr hesab günü dəftərlər açılanda kimin o mirasa sahib çıxdığı görünər. Kimin o mirasa xəyanət etdiyi də görünər".

Ə.Davudoğlu qeyd edib ki, Türkiyədə yaşanan iqtisadi sıxıntıların bəzi əlamətləri var: "Türkiyə iqtisadi böhranın öhdəsindən gəlməsi üşün etimad mühitini təsis etməli, hüquq dövlətinin qaydalarını işə salmalıdır.

Xatırladaq ki, serialın son bölümündə Sultan Əbdülhəmidin dilindən bu sözlərə yer verilib: "Gül ağacına su veririk. Lakin su həm gülə, həm də tikana yararlıdır. Ətrafımızda su verdiklərimiz tikan olmağa meyilləniblərsə, axırda mütləq budayacağıq".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA