De Bruyne Messini geridə qoydu

De Bruyne Messini geridə qoydu

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne məhsuldar ötürmə ilə bağlı göstəricisini bir qədər də yaxşılaşdırıb.

Hurriyyet.org xəbər verir ki, ulduz futbolçu Premyer Liqanın XXVII turunda "Lester"lə qarşılaşmada 3 assistlə yadda qalıb.

Bu mövsüm meydana çıxdığı 37 görüşdə 11 qol və 18 məhsuldar ötürməyə imza atan belçikalı 2012-ci ilin avqust ayından bəri Avropada ən çox qol ötürməsi verən futbolçularının sıralamasında liderliyə yüksəlib. Assist sayını 77-yə çatdıran "şəhərlilər"in lideri bununla "Barselona"nın superulduzu Lionel Messini də geridə qoyub.

Qeyd edək ki, "Mançester Siti" - "Lester" oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib.

2012-ci ildən bəri ən çox assist edən oyunçular:

1. Kevin De Bruyne ("Mançester Siti") - 77
2. Lionel Messi ("Barselona") - 76
3. Sesk Fabreqas ("Çelsi") - 65
4. Luis Suares ("Barselona") - 64
5. Anxel Di Mariya (PSJ) - 64
6. Dmitri Paye ("Marsel") - 62
7. Məsut Özil ("Arsenal") - 62
8. Koke ("Atletiko") - 57
9. Kriştianu Ronaldo ("Real") - 56
10. Tomas Müller ("Bavariya") - 55

Loading...

QALEREYA