Dələduzluqla üzləşən polis əməkdaşı dindirildi: "150 min dollar vermişdim"

Dələduzluqla üzləşən polis əməkdaşı dindirildi: "150 min dollar vermişdim"

Vətəndaşlara asan pul qazanmağı təklif edən və onların pulunu ələ keçirən bank əməkdaşı hakim qarşısına çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin məhkəməsi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Nağıyev dindirilib.

O, ifadəsində Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı olduğunu söyləyib. Qeyd edib ki, təqsirləndirilən şəxsi dostları vasitəsi ilə tanıyıb. K.Nağıyevin sözlərinə görə, təqsirləndirilən N.Vəliyevə ümumilikdə 150 min dollar pul verib. Həmin pulların bir hissəsini geri ala bilib.

Zərərçəkmişin dediklərinə münasibət bildirən N.Vəliyev deyilənləri təsdiq edib və bildirib ki, ona 4 ay ərzində qazancdan 15 min dollar pul verib. Ümumilikdə isə 60 min dollar qazanc verib. Zərərçəkmiş K.Nağıyev deyib ki, N.Vəliyev ona ümuilikdə dəymiş zərərdən 50 min pul qaytarıb.

Növbəti məhkəmə iclası yanvarın 19-na təyin edilib.

Digər zərərçəkmiş Cavad Cavadov isə N.Vəliyevə 19600 dollar pul verdiyini deyir. Zərərçəkmiş heç nə qazana bilmədiyini, Novruz Vəliyevin həmin pulu ələ keçirdiyini deyib.

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadovun etibarından sui-istifadə edərək, "Forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib, dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla həmin şəxslərin ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur. İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

Barəsində həbs-qətimkan tədbiri seçilən N.Vəliyevlə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib./musavat.com/

Loading...

QALEREYA