“Dəlilik – eyni şeyi təkrarlayıb müxtəlif nəticələr gözləməkdir” - TÜRK PROFESSOR

  • 2019-03-13 16:43:28
  • |
  • Region /

“Dəlilik – eyni şeyi təkrarlayıb müxtəlif nəticələr gözləməkdir” - TÜRK PROFESSOR

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri professor Fəxrəddin Altun İsrailin baş naziri Binyamin Netanyahunun prezident R.T.Ərdoğana qarşı çıxışına Albert Eynşteynin sözləri ilə cavab verərək deyib: “Dəlilik, eyni şeyi dəfələrlə təkrarlayıb müxtəlif nəticələr gözləməkdir”.

Binyamin Netanyahuya müraciətlə yazdığı mesajı şəxsi “Tvitter” hesabında paylaşan Altun icmarıcına əlavə olaraq, prezident R.T.Ərdoğanın 2009-cu il yanyarın 29-da keçirilən Davos sammitində o dövrdə İsrailin prezidenti olan Şimon Peresə müraciətlə səsləndiridiyi tarixi çıxışını da paylaşıb.

İsrailin baş naziri Netanyahu, dünənki çıxışında “İsrail bütün vətəndaşlarının yox, yəhudi xalqının milli dövlətidir” deyərək, ardından Türkiyə və Ərdoğanı hədəfə alan sözlər söyləmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA