Dəm qazı daha bir can aldı - Bu dəfə Qusarda

Dəm qazı daha bir can aldı - Bu dəfə Qusarda

Qusar rayonunda ev sahibi dəm qazından boğulub.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki,hadisə rayonun M.Həsrətov küçəsi, ev 35 ünvanında baş verib.

Belə ki, həmin ünvanda kirayə yaşayan 1978-ci il təvəllüdlü Adıgözəlov Alik Zeybulla oğlu dünən axşam saatlarında evin həyətində yerləşən hamam otağında çimərkən, qazla işləyən su qızdırıcısından sızan dəm qazından boğularaq hadisə yerində ölüb.

Onun cəsədi yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə baxış keçirilib. A.Adıgözəlovun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA