“Dəmirəlin yerinə Ərdoğan olsaydı…” - Politoloqdan sensasion Qarabağ açıqlaması


“Dəmirəlin yerinə Ərdoğan olsaydı…” - Politoloqdan sensasion Qarabağ açıqlaması

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi”, açıqlaması acı həqiqətdir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ərdoğanı keçmiş həmkarı Süleyman Dəmirəllə müqayisə edib:

“Ərdoğannın sonrakı iki cümləsi də maraqlıdır. O qeyd etdi ki, Türkiyə həmin dövrdə güclü dövlət deyildi, Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır.

Əminəm ki, Azərbaycan torpaqları işğal olunarkən Türkiyə prezidenti Süleyman Dəmirəl yox, Rəcəb Tayyib Ərdoğan olsaydı, Ankara işğala seyrçi qalmayacaqdı. Bəlkə də Bakının istəyi ilə Türkiyə ordusu Azərbaycana əməli dəstək verəcəkdi. Ərdoğan Dəmirəl kimi acından ölən Ermənistana buğda da göndərməzdi”. \\Eurasia Diary

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı