Demirtaş “Hər şey gözəl olacaq” deyən İmamoğlunu “Biz birlikdə gözəlik” deyə dəstəklədi

  • 2019-06-18 14:11:04
  • |
  • Region /

Demirtaş “Hər şey gözəl olacaq” deyən İmamoğlunu “Biz birlikdə gözəlik” deyə dəstəklədi

Hurriyyet.org xəbər verir ki, HDP-nin keçmiş həmsədri Selahattin Demirtaş, 23 iyun tarixində təkrar keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyə Seçkiləri ilə bağlı şəxsi “Tvitter” hesabında açıqlama verib. Demirtaşın paylaşmalarını diqqətinizə çatdırırırıq:

“Salam dostlar, necəsiniz? Bizlər yaşxıyıq. Sizi ümidlə izləyirik. Zorla təkrarlanan İstanbul seçkilərinə az qaldı. Baş Mərkəzimiz HDP-nin mövqeyini açıqladı, hamınız bilirsiniz”.

Demirtaş daha sonra yazıb: “Əminəm ki, tərəddüd yoxdur...Demokratiya, sülh, ədalət, bərabərlik, azadlıqlar üçün bir yol açmaq istəyiriksə, HDP-nin seçki ilə bağlı mövqeyi mühümdür”.

“... Bu gün üçün möhtərəm İmamoğlunun dediklərinin dəstəklənməsinin lazım olduğuna inanırıq. Çünki biz birlikdə gözəlik. HDP olmadan, HDP-ni kənarlaşdıracaq heç bir şey lazımınca gözəl ola bilməz. Bəziləri də artıq başa düşsünlər ki, zorla gözəllik olmaz. Hamınıza xiffətli, ürək dolusu salamlar".

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz