Dənizdə dəhşətli faciə: gəmilər yandı - ÖLƏNLƏR VAR - VİDEO

  • 2019-01-22 12:39:34
  • |
  • Dünya /

Dənizdə dəhşətli faciə: gəmilər yandı - ÖLƏNLƏR VAR - VİDEO

Kerç boğazında Tanzaniya bayrağı altına üzən “Kandi” və “Maestro” gəmilərinin toqquşması nəticəsində yanğın baş verib.

Hadisə vaxtı gəmilərdə olan ekipaj üzvlərindən 11 nəfər həyatını itirib.

Hurriyyet.org Teleqraf.com-a istinadən bildirir ki, gəmilərin birində 17, digərində 14 nəfər olub.

Ekipaj heyətinin 16 nəfəri Türkiyə, qalanları Hindistan vətəndaşlarıdır. Yanğından sonra sağ qalmağa çalışan bəzi ekipaj üzvləri özlərini suya atıblar.

Maye qaz daşıyan tankerlərdə yanğının baş verməsinə ilkin məlumata görə, gəmilərdən birindən digərinə yanacaq ötürülməsi səbəb olub.

Dənizə tullanmaq məcburiyyətində qalanlardan 14 nəfərinin həyatını xilas etmək mümkün olsa da, 5 dənizçinin yeri indiyədək təsbit edilməyib.

Araşdırmalar davam edir.

Hadisənin video-görüntüsünü təqdim edirik:

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA