DEPUTAT MUSABƏYOVA ETİRAZLAR ARTIR

DEPUTAT MUSABƏYOVA ETİRAZLAR ARTIR

Nazim Bəydəmirli: “Kiçik problemlərə diqqət yetirən zaman böyük problemlər yadından çıxmasın”

Namizəd Səfərov: “Rasim Musabəyovu mənasız təhlillər sahibi, “politoloq” kimi tanıyırdıq”

Deputat Rasim Musabəyovun “feysbuk” səhifəsində yazdığı “bir uşaq icazə almadan keçiddəki elektrik enerjisindən istifadə edərək, vergi ödəmədən popkorn satır. Məmurlar hara baxırlar, niyə tədbir görülmür, niyə bizi qonaqların yanında biabır edirsiniz?!” statusu cəmiyyətin haqlı olaraq qəzəbinə səbəb olub. İki gündür ki, sosial şəbəkələrdə insanlar Rasim Musabəyova etirazlarını bildirir, onun oliqarx məmurlara cürəti çatıb bir söz deyə bilmədiyi halda, yetim bir uşağın çörəyinə bais olmasını qınayırlar.

Əslində, haqlı olaraq deputat qınanılır. Çünki indiyə kimi hansısa oliqarxın vergidən yayınması haqqında danışmayan, ağzına su alıb susan deputatın indi bir uşağın vergidən yayınaraq popkorn satması ilə bağlı tədbir görülməsini tələb etməsi gülüncdür.

“Mən Rasim Musabəyovun aktivliyini görməmişəm”Картинки по запросу Nazim Bəydəmirli

Deputat Rasim Musbəyovun tənqid hədəfi olan statusu ilə bağlı fikirlərini bölüşən keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə dedi ki, mətbuatla maraqlanan insan olaraq onun aktual problemlərə toxunduğunu görməyib: “Mən Rasim Musabəyovla bir neçə dəfə beynəlxalq tədbirlərdə və Bakıda tədbirlərdə iştirak etmişəm. Mən də çıxış etmişəm, o da çıxış edib. Mən heç vaxt Rasim Musabəyovun aktual problemlərlə bağlı, yəni bugünükü inhisarçılıqla yaxud məmur özbaşnalığı ilə bağlı nəsə söylədiyini eşitməmişəm. Yergigəlmişkən, Rasim Musabəyov 18 saylı Nizami-Nərimanov seçki dairəsindən deputat seçilib. Mən həmin ərazidə yaşayıram. Bizim ərazidə bugünlərdə “Sevinc” kinoteatrı söküldü. Bir neçə həftə bundan öncə hələ söküntüyə başlanmamışdan öncə mən sosial şəbəkələrdə müxtəlif məlumatlar paylaşdım və xahiş etdim ki, aidiyyatı qurumlar məlumat versinlər, orada nə nəzərdə tutulur və bunun sökülməsi qanunidirmi? Acığını deyim, yaşadığımız ərazidə deputatın qarışa biləcəyi kifayət qədər problemlər var ki, mən onun aktivliyini görməmişəm. İmanımı yandıra bilmərəm. Ona görə, haqlı olaraq sosial şəbəkələrdə mən dünən təpkini gördüm. Birmənalı olaraq deputatın böyük problemləri görməzlikdən gələrək, müxtəlif məmurların üzərinə getməmək yolunu tutaraq, amma xırda bir məsələnin üzərinə getməyi, özündən zəifləri “əzməyi” mən ona yaraşdırmadım. Bu mənada mən sosial şəbəklərdəki fikirlərlə həmfikirəm”.

“Böyük ticarət mərkəzi deyil ki, orada vergi ilə bağlı ciddi problem ola”

Bəydəmirli onu da əlavə etdi ki, popkorn satmaq kiçik sahibkarlıqdır, ola bilər, həmin uşaq patent alıb, fəaliyyət göstərir: “Bilirsiniz ki, Vergilər Məcəlləsinə ötən il dəyişikliklər oldu. Yəqin hörmətli deputat onu da bilməmiş deyil. Bu, ona əsas vermir. Vətəndaş qazana, işləyə bilər və o, illik gəlirinə görə bəyannamə verə bilər. Necə ki, parixmaxerlər, dərzilər və digərləri patent əsasında fəaliyyət göstərir. Bütün ölkələrdə biz bunu görürük. Buna normal yanaşılır. Böyük ticarət mərkəzi deyil ki, orada vergi ilə bağlı ciddi problem ola. Rasim Müsbəyovun fikirlərində belə məsələ var ki, hamı qanun qarşısında hüquqla bərabərliyini qorumalıdır. Mən xahiş edirəm ki, hörmətli deputatlar kiçik problemlərə diqqət yetirən zaman həm də böyük problemlər onların yadından çıxmasın”.

“Rasim Musabəyovun “qlobal problem”ə müdaxilə etməsi sensasiyaya səbəb olub”

Картинки по запросу Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov isə “Hürriyyət”ə dedi ki, deputat Rasim Musabəyovun popkorn satan uşağın vergidən yayınması ilə bağlı narahatçılığı onun da diqqətini cəlb edib: “Biz R.Musabəyovu Mılli Məclisin sakit bir guşəsinə çəkilib, deputatlığın verdiyi səlahiyyətlərdən özü üçün yavaş-yavaş yararlanaraq, günlərini sayan , hərdən də “dünya miqyaslı siyasi problemlərə” məntiqə uyğun gəlməyən və heç kimin marağına səbəb olmayan mənasız təhlillər sahibi, “politoloq” kimi tanıyırdıq. Rasim Musabəyovun birdən-birə ölkə daxili “qlobal problem”ə müdaxilə etməsi əlbəttə ki, görduyunuz kimi sensasiyaya səbəb olub”.

“Oliqarx məmurların milyardları oğurlması ilə bağlı Rasim Musabəyovun münasibət bildirdiyinin şahidi olmamışıq”

“Hər gün sosial mediada milyardlarla dollar həcmində vəsaitlərin oliqarxlar tərəfindən oğurlanması, oliqarx məmurlar və onların ailə üzvülərənə məxsus sayı-hesabı bilinməyən obyektlərdən söhbətlər açılır, amma Rasim Musabəyovun indiyə kimi bu məsələlərə bir dəfə də olsun münasibət bildirdiyinin şahidi olmamışıq. Deməli, millət vəkilinin bu ölkədə görüb, dözə bilmədiyi korrupsiya göstəricisi ancaq popkorn satan bir yetim uşagın dövlətə vurduğu ziyan oldu”,-deyə hüquqşünas kinayə ilə vurğuladı.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA