Deputatdan AŞPA-da Türkiyə ilə bağlı - Çağırış

Deputatdan AŞPA-da Türkiyə ilə bağlı - Çağırış

Plüralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır.

Bu sözləri millət vəkili Qənirə Paşayeva AŞPA-da Türkiyədə müxalifətçi siyasətçilərin vəziyyətinin pisləşməsi: onların əsas hüquqlarının qorunması üçün Avropa Şurasında nə etməli?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili Türkiyə ilə bağlı müzakirələrdə Azad Demokratlar Qrupu adından çıxış edərək Avropanı terrora dəstək verən siyasətçiləri dəstəkləməməyə çağırıb:

“Hörmətli həmkarlar, plüralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır. Onlar milli idarəetməni yaxşılaşdırmaq məqsədilə hakimiyyətdə olan siyasi partiyanı tənqid edirlər. Onların rolu mühümdür və demokratiyanı müxalifətsiz təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq, müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə riayət etməlidir. Bu əsas prinsiplərə hörmət etməyən istənilən müxalifət demokratiyanın fəaliyyətinə aradan qaldırıla bilinməyən zərər vurur. Türkiyə məsələsinə gəlincə, müxalifətin bir sıra üzvləri demokratiya qaydalarına uyğun fəaliyyət göstərmirlər. Qətnamə laayihəsi terrorizmlə bağlı hüquq pozuntularına görə təqsirləndirilən HDP siyasətçilərinə istinad edir. Onların milli məhkəmə orqanlarına apellyasiya vermək hüququna heç bir maneə törədilmir. Nəticə etibarilə onlar qanuni hüquqlarından maneəsiz istifadə edə bilərlər. Müxalifətçi siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de-fakto toxunulmazlıq hüququ verirmi? Bu qurumun və AŞPA üzvlərindən heç kim bu suala müsbət cavab verə bilməyəcək”.

Deputat qeyd edib ki, siyasətçi olmaq terrorizmə təhrik etmək və beynəlxalq terror təşkilatları üçün təbliğat aparmaq üçün kart-blanş vermir:

“AŞPA müxalifətçi siyasətçilərə qarşı məhkəmə proseslərinə necə münasibət göstərməlidir? Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır. Buna baxmayaraq, bu hesabat bu cür tarazlığı yaratmağa cəhd göstərmir. Bu hesabatda təkcə məhkəmə prosesləri ilə bağlı faktlara məhəl qoyulmur, həm də Türkiyə ilə münasibətdə konstruktiv yanaşma yoxdur. Azad Demokratlar Qrupu olaraq biz müxalifətin demokratik cəmiyyətlərdə oynadığı həyati əhəmiyyətli rol faktını tamamilə dərk edirik. Üzv dövlətlərdə demokratiyanın güclənməsi terrorizmlə bağlı ittihamlara qarşı “gözü kor” anlamını verməməlidir. Biz başqa üzvləri də bu məsələyə eyni bucaqdan yanaşmağa dəvət edirik”. \\Eurasia Diary

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA