Dərslər sentyabrın 9-da BAŞLAYACAQ - TÜRKİYƏ

Dərslər sentyabrın 9-da BAŞLAYACAQ - TÜRKİYƏ

Türkiyənin 2019-2020-ci illər üçün nəzərdə tutulan yeni təhsil sisteminə görə, ölkədə təhsil ili bir həftə irəli çəkilərək sentyabrın 9-da başlayacaq.

Bu barədə Türkiyənin milli təhsil naziri Ziya Selçuk 2019-2020-ci təhsil ili üçün nəzərdə tutulan yeni təhsil sistemi ilə bağlı məlumatında bildirib.

Bundan əlavə, ölkədə hər il 13 həftə davam edən yay tətilinin iki həftəsinin aprel və noyabr aylarına, hər ay bir həftə olmaqla keçirilərək qısaldılması planlaşdırılır. Bu tətillər zamanı elm, mədəniyyət, idman, gəzinti, sərgi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.\\Virtualaz.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA