“Dəvət etsələr, çəkiləcəm, etməsələr...” - Rasim Balayev

“Dəvət etsələr, çəkiləcəm, etməsələr...” - Rasim Balayev

Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət sifarişi ilə film istehsalı üçün 5 milyon manat ayrılacaq.

Hurriyyet.org bildirir ki, yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Rasim Balayev bu qərarı Azərbaycan kinosunda son illər yaranan durğunluğun aradan qaldırılması üçün önəmli addım kimi qiymətləndirib:

“Dövlət sifarişi ilə filmlərin çəkilməsinə başlanılacaq, bunu alqışlayıram. Çünki son illər kino sahəsində durğunluq vardı, filmlər çəkilmirdi. Məni də dəvət etsələr, çəkiləcəm, dəvət etməsələr, yox. Təbii ki, ssenariyə baxacam, xoşuma gəlsə, razılıq verəcəm, xoşuma gəlməsə, yox”.

“Necə bir obraza çəkilmək arzusundasınız” sualına aktyorun cavabı belə olub:

“Əgər teatrda işləsəydim, bu sualı mənə versəydiniz, konkret cavabım olardı ki, “Otello”da “Yaqo”nu oynamaq istərdim. Ancaq kino fərqlidir. Bu yazılan ssenaridən asılıdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA