Dəyişiklikləri təxirə salmayın - “SONRA” ƏSLA OLMAYACAQ!

Dəyişiklikləri təxirə salmayın - “SONRA” ƏSLA OLMAYACAQ!

Həyatından məmnun olmayanların ortaq xüsusiyyətləri

Hər birimiz həyatımızda müəyyən problemlərdən şikayətlənirik. Bu problemlər iş, ailə, sağlamlıq və s. ilə bağlı ola bilər. Biz isə həyatından şikayətlənən və məmnun olmayan insanların bir neçə ortaq xüsusiyyətini topladıq.

1. Zövq almadan çalışdığınız işdən ayrılmamaq

Həftədə ən az 50 saatınızı sevmədiyiniz bir işə sərf etmək həyatınıza mənfi istiqamətdə təsir edəcəkdir. Bu, sizin əsəbi və stressi olmağınıza, dost və ailə münasibətlərinizdə problemlərə səbəb ola bilər. Həyatımızın çox vaxtını işdə keçiririk, buna görə də sevdiyimiz işlə məşğul olmaq çox ünsürdən daha vacibdir. İqtisadi vəziyyətiniz normal olmadığı zamanlarda sevmədiyiniz işi etmək çox çətindir, lakin buna baxmayaraq, daima sizi xoşbəxt edəcək iş araşdırmasını davam etdirin.

2. Problemli münasibətlər

Sevgi sizə çox gözəl duyğular hiss etdirməsinə baxmayaraq, bəzən sizi ətrafınızdan da uzaqlaşdıra bilər. Sevərək münasibət qursanız da, əgər qarşı tərəf sizə xoş gəlmirsə, çətin olsa da, münasibəti dayandırmağı bacarmalısınız. Bu, həmçinin, dostluq əlaqələrinə də aiddir. Qarşınızdakı insanla birlikdə vaxt keçirmək yaxşı təsir bağışlamırsa, sizdə əsəb, stress və narahatlıq yarada bilər. Xoşbəxtliyə çatmaq üçün bu cür
münasibətləri bitirməlisiniz.

3. Daima mənfi düşünmək

Hər zaman neqativ olmaq və düşünmək sizin yaxşı həyat yaşamağınıza mane olacaqdır. Bədbin düşüncələrin səbəbi bəzi insanlar və ya vərdişləriniz ola bilər. Buna görə də tez bir zamanda həmin insanlardan və ya vərdişlərinizdən uzaqlaşmalısınız.

4. Hər an şübhə və qorxu ilə yaşamaq

Hamımız özümüzü məhdudlaşdırmaq üçün mübarizə aparırıq. Bu, uşaqlığımızdan və keçmişdə yaşadıqlarımızdan qaynaqlana bilər. Bəlkə də bu səbəbdən həyatınızı normal şəkildə yaşaya bilmirsiniz. Əgər, şübhə və qorxu həyatınızı yaşamğınıza maneə olmağa başlayıbsa, artıq "dayan!" deyib problemin həllini tapmağa cəhd göstərin.

5. Vacib və çətin qərarları daima təxirə salmaq

Həyatınızda dəyişiklik etmək istəyiriniz? Əlbəttə ki, bu, çox əladır. Lakin həyatınızada edəcəyiniz dəyişiklikləri təxirə salmamaq üçün səy göstərin. "Sonra" əsla olmayacaqdır və verəcəyiniz qərarı gecikdirməyiniz onun reallaşmasını çətinləşdirir. Sonsuza qədər yaşaya bilmirik və zamanımız məhduddur. Buna görə də qərar verərkən heç vaxt gecikməməliyik.

Aytac ASƏFQIZI, Hurriyyet.org