DİKTAKRATİYA - III HİSSƏ

  • 2019-04-03 13:52:15
  • |

DİKTAKRATİYA - III HİSSƏ

(Siyasi-iqtisadi-mənəvi roman)

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/diktakratiya_-_ii_hiss)

Sonra rəhbər fikrə getdi:

- İndi bunu necə kənarlaşdıraq?

Və bir dəqiqədən sonra sanki özü-özünə cavab verdi:

- Kənarlaşdırmaq üçün harasa göndərmək, bir müddətə uzaqlaşdırmaq lazımdır.

- Cənab Babuin həzrətləri, ehtiyac yoxdur, özü gedib.

Rəhəbr güldü. Sonra dedi:

- Çox gözəl. Mən çox orijinal bir üsul tapmışam.

Və psevdo Bitlisi planını general Yəzdiyə izah edib ikisi bir yerdə qəşş edib xeyli güldülər.

* * *

Bu hadisədən 2 həftə qabaq evə gəlib xeyli düşüncədən sonra 2 aylıq məzuniyyətə getməyi qərara alan Pərviz əvvəlcə Lissabona, ordan da Havay adalarına uçdu. O hər şeyi unutmağa, başqalarının da onu görməyib unudacaqlarını və ən azı bağışlayacaqlarını düşünürdü.

O yeyir-içir, gözəl turistlərə qoşulub oynayır, hətta balıq tutub yenə dənizə buraxırdı. Beyninin dərinliklərində isə gizlənən narahatlıq heç cür ğlmək bilmirdi. Çünki insan təbiəti belədir.

Canlı aləmdə - heyvanlar aləmində münasibətlər sadə olduğuna görə orda səhv buraxılmır. Orda bir dəstə digər dəstələrlə qidalanmaqla yaşayır və səhv və ya zəiflik nəticəsində ələ keçdinsə, bu sənin axırın olur. İnsanlar aləmində isə etnosdaxili münasibətlər qəliz və mürəkkəbdir. Əksəriyyət çox vaxt səhv buraxır. Lakin güclülər hansı səbəblərdənsə güzəşt edib səhvlər unudulur. Əlbəttə həmişə yox. Və ümumiyyətlə burada da zəif məhv olur. Yəni hər şeydən məhrum olandan sonra bu baş verir.

Pərviz şüuraltı düşünürdü: ən pis halda banklarda qanuni yolla qazandığı 250 milyon dolları var. Hələ evdə və işdəki seyflərdə də az-maz saxlayır. Bu ona və ailəsinə ömürlük kifayət edəcək.

O bundan artıq dərinə gedə bilmirdi. Çünki təbiətən çox təmiz, xeyirxah və ədalətli bir adam idi. Və həyatda ümumiyyətlə dərinliklərə getməyi xoşlamırdı.

Biz bilirik ki, insan “sentimental canavar”dır. Avropa və bəzi şərq ölkələrində onların başında qanun adlı möhkəm “namordnik” var. Pərvizin vətənində isə qanunlar yalnız kitablarda və kağızlarda idi. Hər şey bir nəfərin istəyi ilə baş verirdi. Pərviz isə bu faktı – bu aşkar həqiqəti lazımınca dərk etmirdi. Halbuki mərasimdən qayıdan kimi o, banklardakı sərvətinin çoxunu İsveçrə və başqa ölkələrə köçürə bilərdi. Çünki onun sərvəti yüksək vəzifəlilərin və başqa bir neçə biznesmenin yığdıqları ilə müqayisədə demək olar ki cüzi idi. Amma qeyd etdiyimiz kimi bu təmiz, kristal insan əksəriyyəti də özü kimi zənn edirdiə Axı o neyləmişdi ki? Heç nə. Sadəcə lazım olanda belini lazım olduğu qədər əyməmiş və yalandan ağlamsınmamışdı.

Arabir evə zəng vurub hal-əhval tuturdu, ofisə zəng vurub müavinindən vəziyyəti soruşur, göstərişlər verirdi. İki ay nədir ki... Gözünü aç-yum keçib, gedəcək. Və o həqiqətən gözünü yummuşdu.

Evdə arvadı və uşaqları ilə qaynını qoymuşdu. Yeznələrinə hörmət edən bu cavan oğlan uşaqların yemək-içməyini təşkil edir və təbii ki, şirkətdə baş verənlərdən tamamilə xəbərsiz idi. Hətta işdən evlərinə kimsə zəng vurub baş verənləri xəbər versə belə, heç bir faydası olmayacaqdı. Və iş yerində ona ürəyi yananlar da ola bilərdi. Lakin onlar bununla bossu gözəgörünməz maşının ağzından qurtara bilməzdilər. Əksinə, özləri də ilişə bilərdi. Çünki əməliyyata baş komandanın özü rəhbərlik edirdi. Şirkət rəhbərliyində isə çox qəribə bir əməliyyat aparılırdı.

Pərviz iki aylıq unutmağa çalışdığı həyəcanlı günlərini başa vurdu. Biz bu günlərin təfərrüatına varmırıq. Hərçənd ki, o məzuniyyətə çıxmasaydı da, baş verənlər baş verəcəkdir. Sadəcə olaraq başqa formada. Onun yoxluğu şəraitində isə işlər daha asan yerinə yetirildi.

Nəhayət şirkət prezidenti təyyarə ilə yerdəyişmə edərək bir neçə şəhəri dəyişib gecə gəlib mənzilinə çatdı. Sürücüsünü narahat etmək istəməyib taksi ilə evə getməyi qərara aldı. Və bu da ona daha altı-yeddi saatlıq dinclik verdi.

Qapıda maşından düşüb əlində arvad-uşaq üçün çoxlu hədiyyə küçə qapısının kodunu yığdı.

İşdə baş verən dəyişiklik barədə işçilərə onun özünə və ya ailəsinə zəng vurmaq qadağan edilmişdi. Ona görə evdə heç kim işdəki vəziyyət barədə heç nə bilmirdi və ümumiyytlə heç nə ola bilməzdi də. Çünki o ilk dəfə deyildi ki, məzuniyyətə çıxırdı. Hərçənd ki həmişə bir aylıq çıxmışdı. Əslində heç işçilər də nə baş verdiyini o qədər də anlamırdılar və bu barədə özünə və evlərinə xəbər vermək də mənasız bir iş olardı. Çünki özlərinin anlamadıqları bir şeyi nə Pərvizin özü, nə də ailə üzvləri anlaya bilməyəcəkdi. Çünki elə bir hadisə baş vermişdi ki, artıq Pərvizin gəlişinin belə, heç bir mənası yox idi. Çünki şirkətdə artıq Pərviz adlı başqa bir adam oturub prezidentlik edirdi. Və bununla da demək olar ki şirkətdə heç bir dəyişiklik baş verməmişdi. Hər şey əvvəlki kimi davam edir, sadəcə həyatda nə desən baş verdiyinə görə ikinci bir prezident də meydana çıxa bilərdi. Çünki ölkə azad ölkədir, və hər cür afyorluq, fırıldaq, dələduzluq və cinayətlə dolu idi.

Ona görə evdə daha çox sakitlik, dinclik və əvvəlki kimi firavanlıq əhval-ruhiyyəsi hökm sürməkdə davam edirdi.

Pərviz adalarda ikən arabir zəng vurub keyf-halı və yenilikləri soruşurdu. Lakin qayıdış vaxtı zəng vurmadı. O qəfil qayıtmağı xoşlayırdı. Şəhərdə təyyarədən düşüb evə gələndə də zəng vurmadı. Arvadı telefonu gecələr də söndürmürdü ki, birdən yoldaşı zəng vurar.

Qapının zəngini eşidib arvadı və qaynı oyandılar. Arvad dedi:

- Pərvizdir. Amma yenə qapını açmamış kim olduğunu soruş.

Qaynı aşağı düşüb qapıya gələrək elə də etdi. Pərviz olduğunu görüb qapını açdı. Görüşüb-öpüşdülər. Pərviz öz qardaşlarına yox, qayınlarına inanırdı. Çünki onlar daha sadiq və etibarlı idilər.

Otağa qalxıb səs-küy salmadan arvadla da öpüşdü. Hal-əhvaldan sonra hamamı yandırıb çimdi və paltarlarını dəyişib arvadına dedi:

- Hə, işdə nə var nə yox?

Arvadı dedi:

- Heç bir xəbər yoxdur. Bir şey olsaydı, sənə zəng vurardılar.

- Hə, əlbəttə - Pərviz gecə saat 3 olduğunu görüb – təyyarədə yata bilmirəm, gedib bir-iki saat yatım.

- Hə, dincəl. Arvadı da öz otağına keçdi.

Pərviz doğma yatağında xeyli xoşhallanıb ancaq yarım saatdan sonra yuxuya getdi.

Böyük şəhər səssiz-səmirsiz yatırdı.

Vərdiş etdiyi kimi saat 8-də artıq qalxıb arvadı ilə yemək otağında çay içə-içə söhbət edirdi.

- Uşaqlar necədir?

- Lap yaxşı. İnternet başlarını qatıb.

- Hə, bütün dünyada belədir. Uşaqların məşğuliyyəti 20 il əvvəlki məşğuliyyətlərdən yerlə-göy qədər fərqlənir. O vaxtlar biz dərsdən sonra birlikdə görüşüb harasa gedər, kinoya, ya da bulvara gəzmyə çıxardıq. İndi yuxarılarda belə şeylər ləğv olub gedib. Hərə öz evində kompüterlə oynayır.

- Day demə, - qaynı da söhbətə qoşuldu. – Hər yana baxırsan hamı əllərində telefon barmaqları gəzir.

Arvadı dedi:

- Danış görüm, necə istirahət etdin? Üz-gözündən bilmək olmur.

- Hə, unutmağa çalışsam da, fikrim-zikrim sizdə, bir də işdə idi. Nədənsə ürəyim rahat olmurdu. Allah şükür, hər şey yaxşıdır.

Arvadı dedi:

- İşdə də nə olacaq ki... Hamı məmnunluqla gülümsədi.

Çox keçmədi ki uşaqlar oyandı, ancaq məlum oldu ki, atalarının yoxluğu onları o qədər də narahat etməyib. Ataları ilə görüşüb-öpüşəndən sonra hamısı söz qoyubmuş kimi o dəqiqə kompüterlərini üstünə cumdular. Pərviz onlara baxıb bir az pərt olsa da, heç nə deməyib qalxıb işə getməyi qərara aldı. Uşaqlar hətta onun hədiyyələrinə də bir o qədər əhəmiyyət verməyib öz gündəlik məşğuliyyətləri ilə çəşğul olmağa başladılar.

Pərviz telefonu götürüb sürüüsünə zəng vurdu ki, gəlsin. Hərçənd ki, özü də sürüb gedə bilərdi. Amma sürücü ilə getmək lazım idi. Nə qədər zəng vursa da, telefonu götürmədilər.

O təəccüblə 5-6 dəqiqə gözləyib yenə zəng vurdu. Uzun-uzadı zəngdən sonra telefon söndürüldü. Otağın ortasında quruyub qalan şirkət prezidenti neyləyəcəyini bilməyib duruxdu. Arvadı bunu görüb – nə olub, - dedi.

- Heç, Qafar telefona cavab vermir.

- Söndürdü?

- Hə.

- Da, görəsən nə olub. Bəlkə özü yoxdur, arvad uşağı da götürmür. Özün min get, ya lazımsa Lətifə zəng vur.

Lətif onun köməkçisi idi.

Pərviz bloknota baxıb köməkçisinə zəng vurdu. Ürəyi gup-gupla döyünürdü. Və zehninin dərinliklərindən qorxunc bir zülmətin havası gəlirdi.

Qafar kimi Lətif də cavab vermədi. Və eynilə onun kimi o da bir az sonra telefonu söndürdü.

Arvadı rəngi özündə olmayan ərinə baxıb səs-küy salan uşaqlarına tərəf dönərək: - kəsin səsinizi, - dedi, - gedin o biri otaqda oynayın!

Uşaqlar qorxub sakitcə başqa otağa keçdilər. Arvadı Pərvizə dedi:

- Özünü öldürmə. İnfarkt zad-olarsan. Cavab vermirlər, cəhənnəmə vermirlər. Gedib hər ikisini işdən qovarsan.

(Ardı var)

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA