Diktakratiya - XVIlI HİSSƏ

  • 2019-05-17 14:44:16
  • |

Diktakratiya - XVIlI HİSSƏ

(Siyasi-iqtisadi-mənəvi roman)

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/diktakratiya_-_xvil_hiss)

Müavini onu bir-bir işçilərlə, sonra da çayxana adlanan binanın otaqları və nömrələri ilə tanış etdi.

Artıq bir neçə il idi ki o, hər səhər evdən çıxıb bir də qaranlıq düşəndə qayıdırdı.

Səhər idi. Hadı Hümbətov həmişəki kimi sübh oyanıb həyətə düşdü, əl-üzünü yuyub termosdan bir stəkan çay süzüb içdi, sonra iş dəftərini çıxarıb vərəqlədi. Kalkulyatorda bu ayın gəlir-çıxarını hesabladı, əlbəttə təxminən. Çünki nə qədər müştəri gələcəyini bilə bilməzdi. Bir də əsas məsələ müştərilərin hansı vəzifə və biznes sahibi olmasından asılı idi. Beləliklə bloknotunda yazdı:

1-ci nömrə - Fatik (Fatma) – 4800 dollar, 2000 dollar qızın özünə.

2-ci nömrə - Musik (Məsumə) 2200 dollar, 1000 dollar özünə.

3-cü nömrə - Fuzik (Firuzə) 1800 dollar, 1000 dollar özünə...

Bu minvalla 12 nömrədən və 12 “qız”dan 40.000 dollara qədər gəlir olmalıydı. 4-5 min özlərinə, 4-5 min də xərc. Qalanları da Hadının və ülyabanunun şotuna gedəcəkdi. Hərəsinə 1000 dollar olmaqla polis rəisi və prokurora.

Müştərilərin adları heç yerdə qeydə alınmırdı. Amma onların adlarını yalnız iki nəfər “xacə osman”la rəis Hadı bilirdi. Hər ikisi üçün də sirr olub qalacaqdı. Qızların adları və ünvanları da yalnız bu iki nəfərə məlum idi. Başqa işçilər onları ləqəbləri ilə tanıyırdılar. Hərçənd ki, adlarını da bilirdilər.

Hadıgilin öz maşınları vardı. Amma atası Abdal Həsənin xahişi səhərlər Kərim gəlib onu aparırdı. Yol əlbəttə uzaq deyildi.

Hadı yalnız bazar günləri bazara gedib evə bir həftəlik əyin-üyün alıb gəlirdi. Çünki ata-anası ilə bir evdə yaşayırdılar. Hərçənd ki yaşadıqları ev 12 otaqdan ibarət idi və hər ailə üzvünün öz otağı vardı.

Səhər çay içəndə Həsən birdən gəlinin başına qışqırdı:

- Bu nədir, bir stəkan çayla 6-7 dənə qənd yeyirsən. Üç dənədən çox olmaz.

Gəlin hirslə əlindəki qənd parçasını süfrəyə atdı. Və heç nə demədən ayağa qalxıb pal-paltarını yığışdırb getdi.

Azzz! – Həsənin arvadı Nisə ərinə tərs-tərs baxıb gəlinin dalınca çığırdı. Lakin səsinə hay verən olmadı və Hadı ayağa durub eyvana çıxanda gəlin artıq küçədə idi.

Hadı narazı halda başını yırğalasa da, atasına bir söz deməyə cəsarət eləmədi.

Evdə Həsənin ən çox sevdiyi iş toyuq, hinduşka və qazlara nəzarət etmək, ağaclara qulluq, ən əsası isə evdə balışı altında bükmədən yığdığı təzə yüzlükləri və əllilikləri şaqqıldatmaq idi. Bu onun qulaq asıb ləzzət aldığı yeganə musiqi idi.

Həsən həyətdə veyillənirdi ki, çöldən siqnal səsi gəldi.

Hadı dəftərini yerinə qoyub çölə çıxdı. Əmisi oğlu ilə öpüşüb (hər gün görüşəndə öpüşürdülər) maşına oturdu. Həsənin kiçik oğlu Bolu çoxdan durub hələ qaranlıq ikən qoyunu kəsib-soyub tirdən asmışdı. Qağasının (böyük qardaşının) maşına minib getməsinə fəxrlə tamaşa edib sonra həyətdə qalanmış peyinləri səliqəyə salmağa başladı.

Bir azdan Həsən də həyətə düşüb səliqə-sahmnadan razı halda kiçik oğluna tərəf döndü:

- Gəl, gəl, yoruldun bala. Evdə çay soyuyur. Ciyər-bağırsağı neyləmisən. Ürəyim ciyər kababı istəyir.

Səhər yeməyini yeyib ocaq qaılayaram, - deyə Bolu atasına üzünü tutub deyir. Həsən - yox, yox hər şeyi özüm, - dedi.

Bolu daha bir söz deməyərək umıvalnikdə əllərini yuyub taxta pilləkənlə yuxarı çıxdı.

Beləcə qaçqın Həsən Abdaın evində növbəti bir gün başladı. Hərçənd ki, hələ gün doğmamışdı.

Hadı əmioğlusu ilə Badi-Kubə ilə Qumbaşı arasındakı iş yerinə gəldi. O fəxr edirdi ki, əmisi oğlu necə işgüzar, şəhərdəki güclü adamlarla tanış və bir neçə yüz minlik sərvət sahibi olan bir adamdır. Özü də cavan – cəmi 40 yaşında. Kərim gözünü yoldan, əlni sükandan ayırmadan danımağa başladı:

- Dünən tuzlardan biri gəlmişdi. Təzə gələn lap körpə, bakirə bir “qızım” vardı. Dedim ona. Gülüb üzümə baxdı. – Ay xatakar, - dedi. Bütün günü qızla oldu. Ancaq növ-növ qızıl balıq yedilər. Fransadan gələn xüsusi şampanskim var idi. O ki var, içdilər. Qıza bir maşın, mənə də nə qədər versə yaxşıdır. Mənə də yüz min manat.

- Vay dədə, - deyə Hadı heyrətlə səsləndi. Hi-hi-hi...

- Day demə, deyirlər üç villası, dörd yerdə bir hektarlıq hasara alınmış səhəsi. Pulu da ki İsveçrədəki banklara sığışmır.

- Hə, əmioğlu, qadan alem, yaxşı yadıma saldın. Dünən qızlar bizə bizə bir bakirə gətirdilər. Day demə. Özünə 5000 dollar qiymət qoyub. Neçəyə qoysam yaxşıdır?

- Əlbəttə 10 min. Amma o baxır müştəriyə. Elə müştəri var ki lap 20 min verər.

- Qaqaş, elələri bizə gəlməz. Amma sənin yanına gələrlər. Mənə 10 min də kifayətdir.

- Hə, düz deyirsən.

- Əmioğlu qadan alem, deyirəm o nəydi e... Laçında çobanlıqdan, mal-qara tövləsi təmizləməkdən başqa heç nə bilmirdik. Allah yezidə rəhmət eləsin. Nə yaxşı ki bu həngamə başlandı.

- Hə, onu düz deyirsən. Ancaq xaylar da kişidirlər. Heç birimizə toxunmadılar. Yəni toxuna da bilməzdilər, çünki onlar gələndə ho-ho-ho... biz artıq çoxdan sürülərimizlə yolda idik.

- Onlar heç e... Əsl kişi zatını unutmayan üçbığdır.

- Qağa, ancaq bir şeyi xoşuma gəlmir e...

- Nəyi?

- Dişləri xoşuma gəlmir e...

- Niyə ki?

- Çox parıldayır e... Adamın gözünü çıxardır.

- Çıxardar da... Ha-ha-ha... Bilirsən o dişələrə nə qədər pul verilib?

- Nə ğədər?

- Beş milyon dollara başa gəlib.

- Vay dədə, - deyə Hadı iki əliylə başını tutdu.

- hi-hi-hi... Deyirlər axı cavanlığında...

Kərim cəld hirslə əliylə onun ağzında yumdu:

- Sus! - Kərim onun nə deyəcəyini bildiyinə görə çığırdı. – Bir də ağzına belə söz gətirmə, bildin? Onun adresinə heç yerdə, heç kimə güldən ağır söz demə. Lap dədən Həsənə də. Elə lap mənim yanımda da. Divarların da qulağı var. O dəqiqə tutub qulaqlarını kəsdirər.

- Hə, hə, qağa düz deyirsən. Bir də qələt eləyərəm.

- Ümumiyyətlə işdə də, camaat içində də, lap evdə də siyasi söhbət-zad eləmə. Qandon?

- Hə, hə qağa. Dedim də.

- Bil ki, səni tutsalar məni də sənə qatarlar.

Bu vaxt onlar Hadının iş yerinə çatdılar. Hadı Kərimin düşdüyünü görüb:

- Sən hara, bizə gəlirsən?

- Hə. Görüm dediyin mal necədir. Sənin dediyin kimi olsa, elə mən alaram.

Hadı nə qədər qabağa düşəcəyini düşünüb həyəcandan qıpqirmızı qızardı.

(Ardı var)

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA