DİN müğənninin ölümü ilə bağlı məlumat yaydı

DİN müğənninin ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gecə Bakı-Quba yolunun 11-ci kilometrliyində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Hurriyyet.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 11-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində Quba rayon sakini Ş.Paşayeva idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sürücü – 37 yaşlı Şəhla Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş və hadisə vaxtı spirtli içkinin təsiri altında olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA