Diplomatik avtomobildə narkotik - Qalmaqal

Diplomatik avtomobildə narkotik - Qalmaqal

Almaniya ilə Çexiya arasında Bad Gotteuba sərhəd məntəqəsində diplomatik avtomobildə 70 kiloqram heroin ələ keçirilib.

Monqolustan vətəndaşı olduqları deyilən diplomatlar həbs edilib.
Əvvəlcə gömrük əməkdaşlarının avtomobilə baxış keçirmək tələbini diplomatlar rədd edib. Bundan sonra gömrük əməkdaşları Berlinlə əlaqə saxlayıb və bu zaman bəlli olub ki, avtomobildə olan diplomatlar Almaniyada akkreditasiyadan keçməyiblər. Avtomobildə aparılan yoxlama zamanı hər biri 500 qram heroin olmaqla 140 bağlama və iki çanta tapılıb.

Heroinin Avropa bazarlarında satış dəyəri minimum 3 milyon avro olduğu deyilir. \\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA