“Diqlas”dakı yanğın zamanı zərərçəkən sahibkarlar ETİRAZ AKSİYASI KEÇİRİBLƏR - VİDEO/FOTOLAR

  • 2019-03-27 13:31:46
  • |
  • Sosial /

“Diqlas”dakı yanğın zamanı zərərçəkən sahibkarlar ETİRAZ AKSİYASI KEÇİRİBLƏR - VİDEO/FOTOLAR

“Diqlas” ticarət mərkəzindəki yanğın zamanı zərərçəkən sahibkarlar etiraz aksiyası keçiriblər.

Onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər. Yüzlərlə sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, bazar rəhbərliyinin əraziyə gəlməsini istəyiblər.

Bundan sonra “Diqlas” ticarət mərkəzinin direktoru Bəhruz adlı şəxs hadisə yerinə gələrək, narazı sahibkarların suallarını cavablandırıb. O, bildirib ki, bu gün saat 16:00 radələrində zərəçəkənlərlə görüş keçirilib, məsələyə aydın gətiriləcək.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Sonra “Diqlas” ticarət mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlarla icra başçısı arasında görüş keçirilib. İcra başçısı Arif Qasımov sahibkarla bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır. Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək. Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.

Zərərçəkmiş sahibkarlar bildirib ki, “Diqlas” ticarət mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.

“Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarə haqqı verirdim. İki ay əvvəl gəlib “şapka” istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat arenda verəcəksən”- deyə sahibklardan biri deyib.

Sahibkarlar bildirib ki, “Diqlas” ticarət mərkəzinin rəhbərliyi hələ də onlarla görüşməyib.

“Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımı, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur”- deyə zərərçəkmişlər qeyd edib.

İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.

“Mən burada dövlətimizin nümayəndəsi kimi çıxış edirəm. Hamınızın dedikləri nəzərə alınır, qeyd edilir. Bütün sözlər ölkə rəhbərliyinə çatdırılacaq. Hazırda istintaq gedir. Hər kəs qəbul ediləcək, şikayəti dinləniləcək. Nə qədər zərər dəydiyi müəyyən ediləcək”- deyən icra başçısı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində nəzarətdədir.

Sahibkarlar bazar rəhbərliyinin sahibkarlarla görüşə gətirilməsini tələb ediblər.

İcra başçısı qeyd edib ki, bazar rəhbərliyinin və ya bu işdə kiminsə günahkar olduğunu demək indi mümkün deyil. Başçı qeyd edib ki, yekun qərar araşdırmalardan sonra veriləcək./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA