Diş fırçalamaq, göz dərmanı, burun spreyi orucu pozurmu ? – CAVAB

Diş fırçalamaq, göz dərmanı, burun spreyi orucu pozurmu ? – CAVAB

Ramazan ayı gəldi, möminlər oruc ibadətini yerinə yetirir. Ramazanda hər kəsi maraqlandıran suallardan biri də diş fırçalamağın orucu pozub-pozmamasıdır.

Diş fırçaladığınız zaman boğaza su getsə, orucunuz batil olur. Lakin ağzınızın içində ehmalca ağzınızı yaxalaya bilərsiniz. Diqqət etmək lazımdır ki, orucunuz pozulmasın. Orucun pozulma ehtimalını nəzərə alaraq dişləri imsakdan əvvəl və iftardan sonra fırçalamaq məsləhətdir.

Astma xəstələri istifadə etdiyi sprey və dərmanlar orucu pozarmı?

Astma xəstələrinin məcburi sprey və yaxud digər dərmanalrından istifadə edirlər. Buna görə də bu insanlar oruc tutmaya bilər. Tutubsa orucunun pozuldğu günlərin qəzasını icra etməklə oruca davam edə bilər. Yəni həmin günlərin əvəzinə fitrə verməlidir.
Oruclu olanda saqqız çeynəmək orucu batil etməz. Lakin udulması ehtimalı olduğuna görə məsləhət deyil. Həmçinin diş ağrısını kəsən sprey və yaxud dərmanlar boğaza və ya mədəyə getsə, orucunuz batil olur. Müalicə məqsədli burun spreyi az miqdarda vurulduqda burun çəpərləri vasitəsi ilə sovrulur. Lakin miqdarı çox olduqda boğaza gedir. Bu halda isə oruc pozulmuş olur.

Göz dərmanları da eyni xüsusiyyət daşıyır. Belə ki, gözə tökülən damcı dərman burun boşluğu ilə birləşən kanallara daxil olur və bədənə sovrulur. Ona görə də bu dərmanı da az miqdarda istifadə edə bilərsiniz. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA