“Donald Tramp Nobel mükafatı ala bilər” - Yaponiya XİN

  • 2019-02-19 17:23:47
  • |
  • Dünya /

“Donald Tramp Nobel mükafatı ala bilər” - Yaponiya XİN

“Şimali Koreya nüvə silahlarını və ballistik raketlərini məhv etsə, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağa layiq olacaq”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib.

O, Koreya yarımadasındakı nüvəsizləşdirmə prosesində hələlik irəliləyişin olmadığını qeyd edib.

Bundan əvvəl Ağ Evin qeyri-rəsmi xahişindən sonra Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən D.Trampın Nobel mükafatına namizədliyinin irəli sürüldüyü açıqlanmışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA