Donor ölkələr Yəmənə 2,6 milyard dollar yardım ayırdı

Donor ölkələr Yəmənə 2,6 milyard dollar yardım ayırdı

Cenevrədə keçirilən konfransda vətəndaş müharibəsi şəraitində olan Yəmənə 2,6 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi barədə razılıq əldə edilib.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, BMT-nin himayəsi ilə keçirilən konfransda təşkilatın baş katibi Antonio Quterreş razılaşmanı yüksək qiymətləndirib və əvvəlki illə müqayisədə bu il yardım üçün 30 faiz daha çox vəsaitin cəlb olunduğunu bildirib.

Ayrılan vəsaitlə Yəməndə 24 milyon insana (ölkə əhalisinin təxminən 80 faizi) yardım göstərilməsi nəzərdə tutulur. A.Quterreş il ərzində əlavə yardım vəsaitlərinin olacağına da ümid etdiyini bildirib, çünki vətəndaş müharibəsinin tüğyan etdiyi ölkədə insanlara yardım üçün BMT-yə ümumilikdə 4,2 milyard dollar vəsait lazımdır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA