Dorian fəlakəti: 50 nəfər həlak oldu, 2500 nəfərin taleyi naməlumdur

  • 2019-09-12 12:25:05
  • |
  • Dünya /

Dorian fəlakəti: 50 nəfər həlak oldu, 2500 nəfərin taleyi naməlumdur

Hurriyyet.org xəbər verir ki, Qəraib adalarında yerləşən Baham adalarını vuran Dorian qasırğası 2500 nəfərin itkin düşməsinə səbəb olub. Məlumatı Baham adalarının Təcili Xidmət İdarəsi verib.

Rəsmi təşkilatlar həlak olanların sayının 50-yə çatdığını açıqlasalar da, çox sayda insandan hələ də xəbər alına bilmədiyi üçün ölənlərin sayının yüksələ bilməsi narahatlıq doğurur. Bu insanların bir qisminin sığınacaqda ola biləcəyi bildirilir. Qasırğanın ən güclü təsir elədiyi iki adadan indiyə qədər 5 min nəfər köçürülüb, 7 min nəfər isə köçürülməyi gözləyir. BMT bu ərazidə 70 min nəfərin təcili yardıma ehtiyacı olduğunu açıqlayıb. Qasırğa üzündən minlərlə adam evsiz qalıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA