Dost Qətərdən “Zeytun budağı” əməliyyatına dəstək - “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur”

Dost Qətərdən “Zeytun budağı” əməliyyatına dəstək - “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur”

Hurriyyet.org xəbər verir ki, Qətər dövlətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lulva el-Hatır Türkiyənin Afrindəki terrorçulara qarşı “Zeytun budağı” əməliyyatını ölkənin milli təhlükəsizliyi naminə qanuni addım kimi qiymətləndirib. Qətərin QNA informasiya agentliyinin verdiyi xəbərdə deyilir: “Zeytun budağı” əməliyyatı Türkiyənin milli təhlükəsizliyi və sərhəd təhlükəsizliyi ilə bağlı qanuni addımdır və Suriyanın ərazi bütövlüyünü qorumaq məqsədi ilə başladılıb”.

Terror hücumlarına məruz qalan Türkiyənin milli təhlükəsizliyini qorumaq məsələsindəki səylərini dəstəklədiklərini bildirən Hatır bu əməliyyatın beynəlxalq müqavilələrə və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən (bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir) aparıldığını bəyan edib.

NATO üzvü olan Türkiyənin regionda hər zaman tarazlıq və sabitlik təminatçısı olduğunu vurğulayan Hatır Qətər dövləti olaraq Türkiyənin dinc əhalini və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsindəki həssaslığına əmin olduqlarını qeyd edib.

Hurriyyet.org

Loading...

QALEREYA