Dövlət büdcəsinin qaranlıq xərcləri... – EKSPERTDƏN ŞOK AÇIQLAMA

Dövlət büdcəsinin qaranlıq xərcləri... – EKSPERTDƏN ŞOK AÇIQLAMA

Qubad İbadoğlu: “822,2 milyon manatın heç bir təsnifatı verilməyib”

“2018-ci ilin dövlət büdcəsinin qaranlıq xərc maddələrindən biri də əsas bölməyə aid edilməyən xidmətlərdir. Bu il üçün bu xərc maddəsinin məbləği 1,5 milyard manata qədər təsdiq olunub. Görünən odur ki, onun 333 milyon manatı “Avtomobil yolları” məqsədli büdcə fonduna, 300 milyon manatı isə ehtiyat fondlarına yönəldiləcək Ehtiyat fondunun 200 milyon manatı prezidentin, 100 milyon manatı da büdcənin payına düşür. Yerdə qalan 862,2 milyon manat vəsait isə əsas bölməyə aid edilməyən xərclər adı ilə rəsmiləşdirilib. Bu xərc yarımmaddəsinin açılışından görünür ki, həmin vəsaitin 20 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə, 20 milyon manatı isə fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək”.

Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

“Ən azı 20 milyon manat mənasız tədbirlərə xərclənəcək”

Q. İbadoğlu burada diqqəti iki məqama yönəltmək istədiyini deyib: “Birincisi, 822,2 milyon manatın heç bir təsnifatı verilməyib, yəni bilinmir ki, bu qədər vəsait hara, necə və kim tərəfindən xərclənəcək? Bu isə potensial olaraq korrupsiyaya yol açır. İkincisi, ən azı 20 milyon manat mənasız tədbirlərə xərclənəcək. Belə tədbirə dəvət olunan və yüksək səviyyəli qonaq kimi təqdim olunanların çoxu təmsil etdikləri ölkələrində nüfuzunu itirən köhnə siyasətçilərdir”.

“Neft pulları bu adla havaya sovrulmalı deyil”

İbadoğlu hesab edir ki, Azərbaycanın bu kimi tədbirlərə ev sahiblik etməsi büdcə vəsaitlərindən səmərəsiz istifadəyə yol açır: “Adətən belə tədbirlər dövlət vəsaitləri hesabına deyil, donorların və beynəlxalq qeyri-hökumət təşkilatların dəstəyi ilə keçirilir. Odur ki, bu praktikaya son qoyulmalı vergi ödəyicilərinin vəsaitləri və ya neft pulları bu adla havaya sovrulmalı deyil”.

Cavid, Hurriyyet.org

Loading...

QALEREYA