“Dövlət Gömrük Komitəsi qurd ürəyi yeyib” - OSMAN GÜNDÜZ

“Dövlət Gömrük Komitəsi qurd ürəyi yeyib” - OSMAN GÜNDÜZ

“Huawei” şirkəti ilə ABŞ və bir neçə aparıcı ölkələrin davası bitməmiş bu tip addımlar çox risklidir”

“Ötən gün Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. “Huawei” şirkəti ilə ABŞ və bir neçə aparıcı ölkələrin davası hələ bitməmiş bu tip addımlar çox risklidir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“5G reallaşanda bu məsələ daha da ciddiləşdi”

O. Gündüz nəzərə çatdırıb ki, ABŞ qlobal “Huawei” şirkətini telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır: “Bu ölkələr “Huawei”-in milyardlarla marketinq siyasəti və ucuz məhsul satmasını da Çin hökumətinin dəstəyilə olduğunu iddia edirlər. 5G reallaşanda bu məsələ daha da ciddiləşdi. Şirkət də bütün bunları təkzib edir”.

“XDMX Azərbaycanın maraqlarını nəzərə almaqla, aydın bir mövqe ortaya qoymalıdır”

“Həm də, gizli deyil ki, ölkəmizdə Gov.az sektorunda təhlükəsizliyə cavabdeh dövlət qurumu olan Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) bu istiqamətdə yazılmayan tövsiyyələri var. Ümumiyyətlə, bizdə dövlət sektorunda “Huawei”-in xüsusi çəkisi yetərincədir. Ucuz, əlçatan və güclü marketinqləri olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Həmçinin bir sıra yeni qlobal və regional layihələrimiz də var ki, orada da “Huawei” iştirak edir. Bu baxımdan, düşünürəm ki, XDMX ABŞ sanksiyaları və ondan doğan nəticələri və Azərbaycanın maraqlarını nəzərə almaqla, aydın bir mövqe ortaya qoymalıdır”,-deyə O. Gündüz vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA