Dövlət Qoruğunda YANĞIN: FHN-in 2 helikopteri havaya qalxdı

Dövlət Qoruğunda YANĞIN: FHN-in 2 helikopteri havaya qalxdı

Qobustan qoruğu ərazisində yanğın başlayıb.

Hurriyyet.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA