Dövlət qurumu adından Almaniyada iş elanı yayıldı – 2500 AVRO MAAŞ

  • 2019-06-03 17:14:27
  • |
  • Aktual /

Dövlət qurumu adından Almaniyada iş elanı yayıldı – 2500 AVRO MAAŞ

Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğuluq Xidmətinin adından bir iş elan yayılıb.

Hurriyyet.org-un Bakupost.az-a istinadən məlumatına görə, elanda bildirilir ki, DMX-nın hazırladığı yeni proqramla bir neçə ixtisas üzrə Almaniyaya işçi göndərilməsi nəzərdə tutulub.

Elanda deyilir ki, proqramla tibb bacısı, tibb qardaşı, çilingər və İT mütəxəssisləri Almaniyaya işləməyə göndəriləcək: "6 ay Bakıda sizə Alman dili və eyni zamanda seçdiyiniz ixtisas üzrə dərslər veriləcək. 6 ayın sonunda sertifikat imtahanı verəcəksiniz və sertifikat aldığınız halda Almaniyaya göndəriləcəksiniz. Oxumağınız üçün hər ay 1200 avro, həm oxuyub, həm işləsəniz, 2400 avro, ailəli olan şəxslər ailəsiylə getsə, 2 qat maaş alacaq. Burda tədris zamanı 180 AZN təqaüd verilməsi də düşünülür”.

Elanda maraqlanan şəxslərin bu - bmi@mlspp.gov.az – CV-lərini göndərməsi qeyd olunur.

Bakupost.az bu elanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün DMX ilə əlaqə saxlayıb. Xidmətin rəis müavini Cəmaləddin Quliyev Bakupost.az-a açıqlamasında bildirib ki, hazırda onların belə bir proqramı yoxdur: "Bizim hazırda belə bir proqramımız yoxdur. Ancaq belə bir məsələnin üzərində iş gedir. Ola bilsin, yaxın aylarda bununla bağlı məlumat yayaq. Bu, elə bir məsələdir ki, Almaniya ilə dövlətlərarası yazışmalar və razılıq olmalıdır. Ona görə də proqramın həyata keçirilməsi ləngiyir. Hazırda isə Dövlət Məşğulluq Xidməti belə bir proqramla CV qəbul etmir”.

C.Quliyev onu da deyib ki, sosial şəbəkələrdə yayılan elanlardan xəbərsizdirlər və məsələ ilə bağlı araşdırma aparacaqlar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA