Dövlətin vəzifəsi və borcu

Dövlətin vəzifəsi və borcu

Əlisa NİCAT

Yəni dövlət, hakimiyyət ilk növbədə neyləməlidir? İnsanlar heyvan və başqa canlılar aləmindən onunla fərqlənirlər ki, daha böyük toplumlar şəklində yaşayırlar. Lakin başqa canlılardan fərqli olaraq onlar öz səlahiyyətlərinin və azadlıqlarının bir qismini dövlətə, hakimiyyətə verirlər ki, fərdlər şəklində mövcud olub yaşamaq üçün dövlətin onları təmin etdiyi azadlıq və firavanlıqı əldə etsinlər. Bu təminat təsis olunmuş pozulmaz qanunlarla təsdiq olunur.

Necə ki dünya ölkələrinin çoxunda, xüsusilə Avropa ölkələrində və Amerikada belədir. Döviətin borcu deyəndə ilk növbədə bu nəzərdə tutulur.

Hər ailə, zəncirin bir bəndi bir həlqəsi və bir dairəsidir. Bu bəndin bu həlqənin mövcudluğu üçün ilk növbədə qidalanması lazımdır. Dövlət çətin dolanan ailəyə kömək etməyə borcludur. Bu, onun ikinci vəzifəsidir. Birinci yəzifə qeyd etdiyimiz kimi AZADLIQDIR! Təminat isə vətəndaşın işinin və peşəsinin ədalətlə qiymətləndirilməsidir. Bunları etməyən və ya edə bilməyən DÖVLƏT mütləq hakimiyyətdən ya xoşluqla getməsə, zorla kənarlaşdırılmalıdır! Əvvələn, Azərbaycanda məlumdur ki, dövlət deyilən qurum olsa da tamamilə formal xarakter daşıyır. Parlament isə ondan da pis. Hakimiyyət tamamilə hakimiyyət sahibinin əlindədir. Onun üçun isə ürəyindən keçən və istədiyi şeylərdən başqa heç nə yoxdur. Tamamilə “ölkə başdan-başda şəxsi mülkiyyətidir” düşüncəsi ilə yaşayır. Başlı-başına qalan xalq dolanmaq, yaşamaq üçün hər nə gəldi, məşğuldur. Ən əsas dolanacaq vasitəsi isə fəhləlik, sürücülük və kiçik alverdir.

Çox qəribədir ki, bu acınacaqlı mənzərə açıq-aşkar göz qabağındadır. Amma baş natiqimizin dilindən 15 ildir ki, eyni optimist sözlər çıxır. Və bu boyda səlahiyyət hakimiyyət sahibi dediklərinin necə qəbul olunmasının zərrə qədər də fərqində deyil.

Xalqımızın demək olar ki, düşünən hissəsinin və qələm sahiblərinin hamısı olmasa da böyük əksəriyyətinin mənim fəaliyyətimdən xəbəri var və hətta yüksək dairələrdə elə bir ev az tapılar ki, orada “Qızılbaşlar” “Dünya filosofları” və 1500 səhifədən ibarət “Müdriklik məbədi” antologoyaların bir nüsxəsi olmasın. Hətta bildiyimizə görə prezident kitabxanasında da “Müdriklik məbədi”nin iki nüsxəsi var. Mən hələ çap olunub, abunə ilə satılan “Seçilmiş əsərləri”min 50 cildliyin işıq üzü görən 26 cildindən danışmıram. Bununla belə cənabların ünvanına yazdığım 5 məktub tamamilə dəxli olmayan nazirliklərə göndərilib. Məsələ ondadır ki, “Formula-1” yarışı kimi nəinki tamamilə mənasız, hətta zərərli bir tədbirə xərclənilən pulların mində bir faizini – yəni neft pulları kimi mənim payım olan hissəni məndən əsirgəyirlər. Və 5 aydır ki, süründürməçiliyə salıb, nə hə, nə də yox deyilir. Halbuki, mən bütün Prezident Aparatı kollektivinə tarix, siyasət, fəlsəfə və ədəbiyyatdan elə bir mühazirə oxuya bilərəm ki, saatlarla ağızlarını açıb qulaq asmağa məcbur olarlar. Hətta aralarında akademiklər olsa da. Halbuki hətta Sorbonna, Oksford universitetində məruzə etmək qüdrətində olan bir adamın küçədəki dükanların demək olar ki, hamısına borcu var. Zərrə qədər sağlam düşüncəsi olanlar üçün açıq-aşkardır ki, bu hadisə bütövlükdə Parlamentə də, Prezident Aparatına da hörmət və şöhrət gətirmir. Halbuki, az qala ibtidai məktəb müəllimi səviyyəsindən də aşağıda olan Orxan Muxtarlı, İbrahim İbrahimli, İbrahim İlyaslı, Adil Cəmil və onlardan da geridə qalan başqa peşə sahibləri belə, prezident təqaüdünə layiq görülüb. Biz isə layiq görülmürük. Nəyə görə? Hətta yaş etibarilə də onlardan çox-çox yüksəkdəyik.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA