“Dövlətlərin daxili işidir, NATO-nun buna qarışmağa haqqı yoxdur”

  • 2018-07-11 16:37:25
  • |
  • Dünya /

“Dövlətlərin daxili işidir, NATO-nun buna qarışmağa haqqı yoxdur”

Hurriyyet.org xəbər verir ki, NATO sammitində açıq və şəffaf müzakirələrin aparılmasını gözlədiyini bildirən NATO baş katibi Yens Stoltenberq “Şimal axını-2” layihəsi barəsində NATO-nun qərar vermək hüququnun olmadığını, bunun dövlətlərin daxili bir işi olduğunu vurğulayıb.

Xatırladaq ki, Trampın tənqid elədiyi “Şimal axını-2” adlı boru xəttinin inşasına siyasi dəstək verən Merkel bu layihənin “xüsusi ticarət layihəsi” olduğunu bildirib və alman vergiödəyicilərinin cibindən layihə üçün pul ödənilmədiyini söyləyib. Rusiyanın Almaniyaya tədarük elədiyi qazın miqdarını iki dəfə artıra biləcək və Baltik dənizinin altından keçən boru xətti, Ukrayna və Polşa kimi tranzit ölkələri kənarda qoyur.

Hurriyyet.org

Loading...

QALEREYA