DSK əhalinin martın 1-nə olan sayını açıqladı

  • 2019-04-17 18:01:34
  • |
  • Sosial /

DSK əhalinin martın 1-nə olan sayını açıqladı

Azərbaycan əhalisinin bu il mart ayının 1-ə olan sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 13204 nəfər və ya 0,1 faiz artaraq 2019-cu il mart ayının 1-i vəziyyətinə 9994661 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, bu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA