DSMF-nin Zərdab şöbəsinin müdiri haqda ŞOK İDDİALAR – Canpolad Vəliyev nə üçün öz atasının adını dəyişdirib?

DSMF-nin Zərdab şöbəsinin müdiri haqda ŞOK İDDİALAR – Canpolad Vəliyev nə üçün öz atasının adını dəyişdirib?

Zərdab rayonu M.Xəlilov küçəsi ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə ölkə prezidentinə müraciət edən şikayətçi yazır:
Möhtərəm cənab Prezident!
DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev erməni Silvanın kürəkənidir. Həmin Silva Canpoladın qaynanası olmasından əlavə, ögey dayısının həyat yoldaşıdır. Bu da o deməkdir ki, Canpoladın arvadı həm erməni Silvanın qızı, həm də ögey dayısının qızıdır.
Onu da məlumat üçün bildirim ki, Qarabağda tökülən qanlar, bir milyondan artıq qaçqın düşmüş yerlilərimizin göz yaşları qurumamış Canpolad 1997-ci ilin mart ayının 19-da erməni Silvanın qızı ilə evlənərək, özünə arvad edib, onu bu günə qədər cəh-cəlal içində yaşadıb. Sonra Canpolad 2012-ci ilin dekabr ayının 16-da Zərdab rayon məhkəməsinin qərarı ilə Silvanın qızından boşanıb.
Onun boşanması yalan xarakterlidir və dövlətimizi aldatmaq niyyəti güdür. Canpolad rəsmi qaydada boşansa da, həmin qadın Canpoladdan heç bir aliment tələb etməyib, bu günə qədər heç bir yerdə işləməyib və hal-hazıra qədər qeyri-rəsmi bir yerdə yaşayırlar. Canpoladın boşadığı qadının çoxmənzilli yaşayış binasındakı mənzilinə camaatın gözləri önündə gecə-gündüz girib-çıxması və gecəni orada qalması əxlaqi dəyərlərimizə ziddir.
Görəsən, ƏƏSMN-nin Aparat rəhbəri Əjdər bu erməni Silvanın kürəkəninə bu dəfə nə don geyindirəcək? Bu həyatını saxtalaşdırmış saxtakara bu günə qədər Əjdər havadarlıq edib...
Bundan başqa, Canpolad sənədlərdə özünü Vəliyev Canpolad Şamil oğlu göstərir. Yalan deyir, onun əsl atası Şamil yox, 2015-ci il oktyabırın 20-də ölmüş Xasaydır. Şamil isə 1941-ci ildə müharibəyə gedib, qayıtmayıb.
Onu da açıqlayım ki, Canpolad orta məktəbi qutarana, yəni hərbi xidmətə getmək vaxtı çatana qədər əsl atası Xasayın oğlu olub. Sonra hardasa 1983-cü ildə hərbi xidmət vaxtı çatana yaxın hərbi xidmətə getməmək üçün 41-42 il əvvəl ölmüş Şamilin oğlu olub. Çox maraqlıdır, 41-42 il əvvəl ölən Şamil torpağın altında ola-ola Canpoladı necə dünyaya gətirdi?
Onu da məlumat üçün bildirim ki, Canpolad 2012-ci ilin dekabr ayının 16-da boşansa da 01.01.2013-cü ildə nazirliyə verdiyi “forma 2” sənədində özünü evli kimi göstərərək, sənədi saxtalaşdırıb.
Canpoladın saxtakarlığı və dövlətin pulunu təyinatından yayındırması barədə nazirliyə çoxsaylı müraciətlər edilir. Aparat rəhbəri Əjdər onun barəsində tədbir görülməsinin qarşısını alır. Hətta sizə dəfələrlə Əjdər yalan məlumatlar verir.
Onu da məlumat üçün bildirirəm ki, Canpolad 2012-ci ilin 16 dekabrında Zərdab rayon məhkəməsinin qərarı ilə boşanmasına baxmayaraq, şəxsiyyət vəsiqəsini dəyişdirməmiş, 12.12.2015-ci ilə qədər dövlət orqanlarını aldadaraq özünü evli kimi göstərmişdir(Onun şəxsiyyət vəsiqəsinin surətini ərizəmə əlavə edirəm - FOTO).
Həyatı ilə birlikdə sənədlərini də saxtalaşdıran Canpolad barəsində ciddi tədbir görülməsinə göstəriş verməyinizi sizdən xahiş edirəm. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.

Loading...

QALEREYA