DSQ/YPG üzvlərini Mossad yetişdirir? - ŞOK İDDİA

  • 2019-06-17 18:37:17
  • |
  • Dünya /

DSQ/YPG üzvlərini Mossad yetişdirir? - ŞOK İDDİA

Hurriyyet.org xəbər verir ki, https://southfront.org saytının Suriyada dərc edilən “Əl-Xalbour” nəşrinə istinad elədiyi məlumatda PYD/DSQ üzvü olan 20 nəfər terrorçunun Mossadın təlim düşərgəsində iştirak eləmək üçün Suriyadan İsrailə getdiyi iddia edilir. Mənbə İsrailin Milli Kəşfiyyat Təşkilatı olan Mossadın çoxdan bəri Suriya daxilindəki müxalifətçi kürd qruplarla yaxından maraqlandığını, ikitərəfli münasibətlərin gündən-günə daha da gücləndiyini bildirib. Xəbərdə, indiyə qədər YPG/SDQ üzvü olan çox sayda terrorçunun İsrail tərəfindən təlimləndirildiyi bildirilib. Xəbərdə iddia edilən əməkdaşlıq proqramının məqsədinin “İsrailin YPG-nin nəzarəti altındakı bölgələrdə dostanə bir kəşfiyyat xidmət qurmaq istəyi” olduğu irəli sürülüb.

Xəbərdə İsrail-YPG Kəşfiyyat Xidmətinin Mossada işi toplayacağı və İsrailə Suriya ilə bağlı məsələlər barəsində məlumat veriləcəyi iddia edilir. Xəbərdə İsraildə təlim keçəcək 3 nəfər terrorçunun – Əli Məhəmməd Həsən, Riber Əbdülrəzzaq Əhməd və Berkhdan Əziz Muradın adları çəkilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz