DST: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi...

  • 2019-02-23 21:24:03
  • |
  • Sosial /

DST: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi...

Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır.

Hurriyyet.org xəbər verir ki, DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.

DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır: yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək; çiy və hazır yeməkləri qarışdırmamaq; mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq; bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq; yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək.\\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA