Dumanın sədri erməni spikerlə görüşdən imtina etdi

  • 2019-02-28 18:42:13
  • |
  • Region /

Dumanın sədri erməni spikerlə görüşdən imtina etdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyanla görüşməkdən imtina edib.

Hurriyyet.org Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ənənəvi olaraq Ermənistan parlamentinin spikeri Moskvaya rəsmi səfərə gedir. Eyni şey Ermənistan parlamentinin yeni spikeri Ararat Mirzoyan da davam etdirib. Lakin öz sələflərindən fərqli olaraq Ararat Mirzoyan Rusiya Dövlət dumasının sədri Vyaçeslav Volodinlə görüşə bilməyib.

Məlumata görə, bu dəfə Volodinin onunla görüşü protokolda nəzərdə tutulmayıb.

Nəşr bunun təsadüf olmadığını bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA