Dünya dövlətlərinin zirvə görüşlərində “Qarabağ” bəyanatları

Dünya dövlətlərinin zirvə görüşlərində “Qarabağ” bəyanatları

XIX və XX əsrlərin başlanğıcında olduğu kimi, XXI əsrin ilk çağında da dünyada bir sıra supergüclər tərəfindən müxtəlif dövlətlərin əraziləri açıq şəkildə və ya dolayı yolla işğalçılıq siyasəti aparılır. Azərbaycan Respublikası 1918-ci ildə dövlət müstəqilliyinə qovuşan kimi dərhal dövrün böyük gücləri erməniləri silahlandıraraq, dövlətimizin mövcudluğunu şübhə altına almaq təşəbbüslərini irəli sürdülər. 1920-ci il 28 aprel sovet işğalının nəticəsində Azərbaycanın Dərələyəz, Dağ Borçalı, Göyçə və Zəngəzur bölgələri süni şəkildə yaradılan Ermənistana birləşdirildi. Bütün bunlar azmış kimi respublikamızın ərazisində qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti elan edildi. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra, bu dəfə Dağlıq Qarabağ və onun ətraf bölgələrinin də Ermənistan silahlı qüvvələri adı altında işğala məruz qaldı. Bu məqsədlə Azərbaycan dövləti BMT başda olmaqla beynəlxalq birliyi təcavüzkar siyasıtin qarşısını almağa çalışır.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi (Qarabağ probleminin) həlli ilə uzun illər boyunca əsasən ATƏT-in Minsk Qrupu məşğul olsa da son illərdə problem Minsk Qrupunun Həmsədri olan dövlətlərin başçıları arasında keçirilən görüşlərdə də müzakirə mövzuları arasında yer almağa başlayıb. Bu məqam böyük dövlətlər arasında keçirilən zirvə görüşlərində də əks olunub. Belə ki, 2006-cı ildən etibarən G-8 (Böyük Səkkizlik) zirvə toplantılarında mütəmadi olaraq Qarabağ problemi də müzakirə edilib.

Azərbaycanın israrı və böyük güclər barış təklifləri

2006-cı il iyunun 29-da G-8 ölkələri xarici işlər nazirlərinin toplantısından sonra Həmsədr ölkələrin xarici işlərinin Qarabağ problemi ilə bağlı birgə bəyanatı yayılmışdır. Qarabağ problemi 15-17 iyul 2006-cı il tarixlərində Sankt Petersburqda keçirilən G-8 zirvə görüşündə də müzakirə mövzusu olmuş, bu barədə məlumat zirvə görüşü başa çatdıqdan sonra sədarət açıqlamasında əks olunmuşdur. Hər iki sənəddə də üç həmsədr dövlətin Qarabağ problemini müzakirə etdiyi və problemin həlliylə bağlı baza prinsipləri razılaşdırmaları üçün Azərbaycan və Ermənistan tərəflərinə müraciət etdikləri qeyd olunmuşdur. Eyni zamanda münaqişənin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupunun dəstəklənməsi də vurğulanmışdır.

2009-cu ildə İtaliyadakı (Akvil) sammitdə ABŞ, Rusiya və Fransa prezidentləri bəyanat imzalayaraq məsələnin “Madrid prinsiplərinə” əsasən həllinin tərəfdarı olduqlarını bildirmişdir. Sonrakı illərdə də bu ənənə davam edib. 26 iyun 2010-cu ildəki Muskoka və 26 may 2011-ci ildəki Dövil sammitlərində bu üç ölkənin prezidenti Qarabağ problemi ilə bağlı növbəti birgə bəyanatlarını veriblər.

Qarabağ problemi keçən il də beynəlxalq aləmin gündəmində olmuşdur. Belə ki, 22 mart 2012-ci il tarixdə G-20 Xarici İşlər Nazirləri görüşündə isə həmsədr ölkələrin Xarici İşlər Nazirləri, 19 iyun 2012-ci il tarixdə isə G-20 Zirvəsi çərçivəsində həmsədr ölkələrin prezidentləri birgə bəyanat vermişdilər. 21 may 2012-ci ildə NATO-nun Çikaqoda keçirilmiş sammitində Qarabağ problemi də daxil olmaqla keçmiş sovet regiponundakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edlməsi ilə bağlı bəyanat qəbul edilmişdi.
Xatırladaq ki, NATO səviyyəsində ilk olan bu qərar Ermənistanda narazılıqla qarşılanmışdı və hətta bu qərarın qəbul edilməsi əvvəlcədən gözlənildiyinə görə Ermənistan prezidenti Serj Sarkisyan NATO Sammitində iştirak etməkdən imtina etmişdir.

Bəyanatlar nə qədər hüquqi olsa da

Nəhayət bu yaxınlarda, 2013-cü il iyunun 18-də G-8-lərin Şimali İrlandiyanın Lox-Ern kurort şəhərciyində keçirilən növbəti toplantısında ATƏT Minsk Qrupunun həmsədri olan dövlətlər Qarabağ problemi barədə ənənəvi bəyanat qəbul etmişdir.

Bu bəyanatdan aşağıdakı nəticələri çıxarmaq mümkündür:

- Qarabağ probleminin hələ də həll olunmamasından, tərəflərin qarşılılqlı güzəştlər yerinə birtərəfli güzətlər əldə etmək istəmələrindən hiss etdikləri narahatlıq ifadə edilmişdir;
- Həmsədr dövlətlər hələ də problemin həll edilməsində vasitəçilik missiyasına davam etməkdə qərarlı olduqlarını nümayiş etdirmişlər; münaqişə tərəflərini son 4 ildə gördükləri işə qiymət verməyə və təkliflərinə əməl etməyə dəvət etmişlər;

- Problemin müharibə yolu ilə həll edilməsinə etiraz edilir. Müharibə başlayacağı təqdirdə tərəflərin sosial, iqtisadi, maddi, texniki, maliyyə və insan itkisi ilə qarşı-qarşıya qalacağı, qaçqınların sayının artacağı xüsusilə vurğulanır;

- Tərəflər Helsinki prinsipləri çərçivəsində bir-birilərini güc vasitəsi ilə hədələməkdən çəkinməyə, gücdən istifadə etməməyə, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmağa dəvət edilir;

- Regionda sabitliyi və təhlükəsizliyi qorumağın vacibliyi, konfliktin yeni silahlı mərhələyə daxil olmamasına çalışmaq, hər iki dövlətin liderlərinin xalqlarını müharibəyə yox sülhə dəvət etmələri vurğulanır.

Həmsədrlərin cəhdləri və atılan addımlar

Həmsədr dövlətlərin liderlərinin Lox-Ern bəyanatı xarakterizə edilərkən daha əvvəl məsələ ilə bağlı İtaliyanın Akvil, Kanadanın Muskoka, Fransanın Dövil şəhərlərində verdikləri bəyanatlarla müqayisədə aşağıdakı nəticəyə gəlmək olar:

-Lox-Ern bəyanatında tərəflər daha ciddi şəkildə atəşkəs şərtlərinə əməl etməyə, müharibəyə başlamamağa dəvət edilir;

- Qarabağ problemin həll edilməsində bu günə qədər davam edən Minsk qrupu vasitəçiliyindən imtina edilməməsi xüsusilə vurğulanır;

- Beynəlxalq hüquq norma və prinsiplərinə əməl edilməsi daha təkidlə qeyd edilir;

- Regionda müharibənin başlayacağı təqdirdə sosial, iqtisadi və siyasi probləmlərin daha kəskin şəkildə ortaya çıxacağı ifadə edilir;

Lox-Ern bəyanatının Azərbaycan baxımından təhlil edilməsi

- Həmsədr dövlətlər son zamanda Azərbaycanın Minsk Qrupunda həmsədrlik institutunun dəyişdirilməsi məsələsinin müzakirə etməsindən narahatdırlar və bəyanatdan məlum olur ki, bununla razı deyillər, problemin həll edilməsi istiqamətində məsələni başqa müstəvilərdə gündəmə gətirilməsini istəmirlər;

- Bəzi mənbələr Azərbaycanın enerji üstünlüyünü ön plana çıxararaq danışıqlarda öz şərtlərini qəbul etdirməyə çalışmasının hələlik bir nəticə vermədiyini (bu zaman keçdiyimiz günlərdə ARDNŞ Prezidenti Rövnəq Abdullayevin Ermənistandan tələb olarsa təbii qaz verilə biləcəyini ifadə etməsi və “Britiş Petrolium” şirkətinin “Azərbaycanda neft və qaz ehtiyatları azalmaqdadır” şəklində bəyanat verməsi diqqətdən yayınmamalıdır) iddia etməkdədir;

- Regionda təhlükəsiliyin təmin edilməsi həmsədr dövlətlər üçün əhəmiyyətlidir. Son illərdə “ərəb baharının” yaşanması səbəbi ilə ərəb coğrafiyasında sabitliyin pozulması, Suriya böhranının dərinləşməsi və G-8 zirvəsində bu məsələ ilə bağlı ortaq məxrəcə gəlinməməsi, Türkiyədə son zamanlarda yaşanan daxili çaxnaşmaların regiona sıçrama ehtimalı;

- Bir necə gün bundan əvvəl “Freedom House”nin insan haqları ilə bağlı hesabatında Ermənistanda müsbət yöndə dəyişikliklərin yaşanmasına qarşılıq, Azərbaycanın sıralamada öz yerini qoruya bilməməsi və digər məsələlərin də bu bəyanatın hazırlanmasında nəticəsiz qalmadığı ehtimal edilir.

Azərbaycan Xarici işlər nazirliyi tərəfindən Lox-Ern bəyanatı haqqında verilən məlumatda həmsədr dövlətlərin bəyanatının Azərbaycanın mövqeləri ilə üst-üstə düşdüyü bildirilir. Bu zaman əsasən regionda sabitliyi və təhlükəsizliyi təhdid edən status-kvonun dəyişdirilməsi məsələsində həmsədr dövlətlərin və Azərbaycanın maraqlarının olduğu vurğulanır. Maraqlıdır ki, Ermənistan tərəfi də bu cür bəyanatlarla bağlı açıqlamalarında bəyanatın onun mövqeyi ilə üst-üstə düşdüyünü qeyd edir.

Qarabağ probleminin mürəkkəbliyi, Ermənistanın müharibənin ilk mərhələsəindəki hərbi üstünlüyü, Azərbaycanın artan iqtisadi, hərbi və siyasi gücü Rusiyanın regiondakı imkanları və arzuları, eləcə də həmsədr ölkələrin toqquşan maraqları fonunda mövqeləri bir-birinə tam zidd olan Azərbaycan ilə Ermənistanın tez bir zamanda ortaq məxrəcə gəlmə ehtimalları zəif görünür. ATƏT-in Minsk Qrupunun Həmsədri olan dövlətlər də görünür bu cür bəyanatlarla münaqişənin həllindən daha çox Qarabağ problemini maksimum nəzarətdə saxlamağa çalışırlar.

Substantiv danışıqlar davam edir

Danışıqların mahiyyəti haqqında ən dəqiq məlumatları prezident İlham Əliyevin martın29-da görüşdən dərhal sonra Vyanada verdiyi müsahibədən aldıq. Dövlət başçımız Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların nəticələri haqqında söz açaraq bildirdi ki, indiyədək iki ölkənin xarici işlər nazirləri arasında bir neçə raund danışıqlar aparılıb. Azərbaycan və Ermənistan liderləri arasında bu dəfəki görüş isə ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib: “Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb”.

Bax, əsas məsələ elə budur. Prezident münaqişənin tarixinə nəzər salaraq qeyd etdi ki, danışıqlar uzun illər Ermənistan ilə Azərbaycan arasında aparılıb, bundan sonra da belə olacaq: “İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”. Bundan sonra substansiv danışıqlar davam etdiriləcək, sonda müəyyən konkret nəticələrin əldə olunacağına ümidlər böyükdür.

“Hürriyyət”