Dünyanı lərzəyə salmış Assanc həbs olunur - SAATLAR SONRA...

  • 2019-04-05 14:03:27
  • |
  • Dünya /

Dünyanı lərzəyə salmış Assanc həbs olunur - SAATLAR SONRA...

Məşhur “Vikiliks” saytının qurucusu Culian Assancın sığındığı Ekvadorun Londondakı səfirliyindən çıxarılacağı və həbs olunacağı bəyan olunur.

“Vikiliks”in Tvitter hesabındakı açıqlamada Ekvador rəsmisinin Assancın günlər, hətta saatlar sonra səfirlik binasından çıxarılacağı və həbsi İngiltərə ilə razılaşdırıldığı bəyan edilib.

“Vikiliks”in bloq səhifəsində isə bildirilib ki, bu qərar Ekvador prezidenti Lenin Morenonun qardaşı tərəfindən qurulan bir ofşor hesabdan istifadə etdiyinə dair iddiaları ortadan qaldırmaq üçün verilib.

Assancın vəkili Karlos Poveda isə deyib ki, Assancla bunun bir əlaqəsi yoxdur. Assanc artıq “Vikiliks”in redaktoru deyil.

Qeyd edək ki, Ekvador prezidenti Moreno 3 gün əvvəl “Vikiliks”i onun şəxsi görüşlərini və telefon danışığını gizlinə izləməkdə, illər əvvəl Avropada çəkilən özünün və ailəsinin fotolarını sosial mediaya sızdırmaqda ittiham edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin məxfi məlumatlarını internet səhifəsi vasitəsilə ictimaiyyətə sızdıran Assanc 2012-ci ildən Ekvadorun London səfirliyindəki bir otaqda yaşayır.

İngiltərə məhkəməsi Assancı 2010-cu ildə iki qadına təcavüzdə ittiham edib və İsveçə təhvil verilməsi haqda qərar çıxarıb. Ancaq Assancın İsveçə təhvil veriləcəyi təqdirdə onun ABŞ-a ekstradisiyası riski olduğu üçün Assanc Ekvador səfirliyinə sığınmalı olub.

İsveç məhkəmələri isə 2017-ci ildə Assanc haqqında işləri qüvvədən salıb. Ekvador Assancın siyasi mühacirət müraciətini qəbul edərək ona vətəndaşlıq verib.

2018-ci ilin mayında Ekvador hökuməti qeyd edib ki, sosial şəbəkələrdən göndərdiyi mesajlarla ölkənin beynəlxalq əlaqələrini təhlükəyə atdığı üçün Assacın internetə çıxışına qadağa qoyulub./teleqraf.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA