Dünyanın Azərbaycan pəncərəsi

Dünyanın Azərbaycan pəncərəsi

Ölkəmiz beynəlxalq sərgilər vasitəsilə inkişaf yolunda

Ölkəmizin beyənlxalq sərgilərdə təmsil olunması prosesi ilbəil artmaqdadır. Sənaye, texnoloji avadanlıqlar, kənd təsərrüfatı malları, turizm və digər sahələrdə Azərbaycanın beynəlxalr sərgilərdə orta hesabla təmsil olunan çeşidləri də çoxalmışdır. “Made ın Azerbaijan” markası öləkəmizin nüfuzunun artmasına səbəb olmuşdur. Azərbaycanda beynəlxalq sərgilər üçün münbit şərait vardır. Bu məqsədlə çoxsaylı sərgi salonlarının yaradılması və onların vasitəsilə yerli istehsal vasitələrinin dünya bazarına çıxarılması bütün bunlara əyani sübutdur. Həmin sərgi salonlarının vasitəsilə Azərbaycana məxsus yerli istehsal məhsulları beynəlxalq sərgilərdə böyük maraqla nümayiş etdirilir. Beləliklə də qeyri neft sektorunun inkişafına böyük imkanlar açılır.

Ticarət-sənaye sərgilərinin müstəsna əhəmiyyəti

Bu gün sərgilər getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu iqtisadiyyat, texnologiya və digər sahələrin inkişafı ilə şərtlənir. Belə tədbirlər sənaye təmayülləri, rəqib şirkətlər və uğura nail olmaq üçün nə etmək lazım olduğu barədə aydın təsəvvür yaradır. Sərgilər bu və ya digər məhsul, yaxud xidmət barədə məlumat verməklə yanaşı, istehsalçı ilə istehlakçını birbaşa görüşdürən yeganə reklam üsuludur. Sərgilərin səmərəli cəhəti həm də vaxta qənaətdir, çünki sərgi 3-4 gün ərzində bir platformada sənayenin aparıcı iştirakçıları ilə görüşlər keçirmək, danışıqlar aparmaq və faydalı işgüzar tanışlıqlar qurmaq üçün unikal imkanlar yaradır. Azərbaycanda ticarət-sənaye sərgiləri yeni müştərilər və satış bazarları axtarmaq, eləcə də satışın coğrafiyasını genişləndirmək üçün effektiv vasitədir və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına, o cümlədən investisiya axınının artmasına kömək edir. Ölkə prezidenti İlham Əliyevin bir sıra aparıcı sərgilərin hər il ziyarət etməsi ölkədə ixtisaslaşmış sərgilərin əhəmiyyətini və ölkə rəhbərliyi tərəfindən bu tədbirlərə göstərilən diqqəti əyani şəkildə əks etdirir.

Bu il dörd irimiqyaslı sərgi: 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiyalar və Yüksək texnologiyalar “Bakutel” sərgi və konfransı, eləcə də 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf mühit “Caspian Ecology” sərgiləri öz ildönümlərini qeyd edir. Keçirildiyi illər ərzində bu sərgilər Xəzəryanı regionda lider mövqeyə çıxaraq peşəkarların ənənəvi görüş yerinə çevrilib və xeyli sayda ziyarətçi cəlb edib. Yubiley sərgilər ilə bağlı xüsusi tədbirlər proqramı nəzərdə tutulub. Bundan başqa, “BakuBuild”, “bakutel”, “Securex Caspian” və “EduExpo” kimi bir sıra ənənəvi sərgilər 2019-cu ildə rebrendinq prosesindən keçməklə, yeni imic qazanıb. Loqotiplərin yeni korporativ dizaynı layihənin innovativliyini və dinamikliyini əks etdirir.

Bakı Ekspo Mərkəzində keçirilən Turizm və Səyahətlər “AITF” sərgisi ilə açıq elan olunub. Ənənəvi olaraq, sərgi dünyanın 30-dan artıq ölkəsini təmsil edən turoperatorlar, turizm şirkətləri, aviaşirkətlər, sanatoriyalar, milli və regional turizm təşkilatları, habelə dövlət strukturlarını bir araya gəlibdir. Belarus, Bolqarıstan, Dominikan, Mərakeş, Sloveniya, Tailand və Çexiya kimi ölkələr sərgidə öz milli stendləri ilə çıxış ediblər. Bu il sərgidə ölkəmizin turizm potensialını həm xarici qonaqlara, həm də daxili turizm nümayəndələrinə nümayiş etdirilən Azərbaycan stendi də təmsil olunub. Sərginin daimi iştirakçısı - Dominikan Turizm Nazirliyi öz turizm imkanlarını “AITF” sərgisinin ziyarətçilərinə daha aydın şəkildə təqdim etmək məqsədi ilə ilk dəfə olaraq tədbirin sponsoru qismində çıxış edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Sərgi təşkilatçıları qonaqlar və iştirakçılar üçün “Tarixə və Nəsimi yaradıcılığına səyahət” təşkil etməklə, “AITF” sərgisi çərçivəsində bu tədbiri qeyd etmək qərarına gəliblər.

Azərbaycanda baş tutan sərgilər...

Bu ilin sərgi mövsümü “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian”, Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus”, 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power”, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgiləri ilə davam edir. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransı bu günlərdə “Bilgah Beach” otelində keçirilib. Plenar sessiyanın mövzusu “Sinerji – qlobal inkişafa aparan yol; Enerji təhlükəsizliyi və sabitliyə doğru” olub.

Üç sərgi – 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian” sərgisi, 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi “Road & Traffic” sərgisi və 6-cı Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi “Kater və Yaxtalar” sərgisi 11-13 iyun 2019-cu il tarixində yaz sərgi mövsümünə yekun vuracaq. Sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bu il bir sıra layihələr üçün debüt ilidir. Belə ki, 6 aprel tarixində start götürən “Fərqli Fərdlər” konqresinin məqsədi ictimaiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətləri olan uşaqların inkişafına və tərbiyəsinə yönəltmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq, eləcə də dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzulara toxunulan 4 panel təqdim olunacaq: Autizm spektr pozuntusu (ASP), Diqqət çatışmazlığı sindromu və hiperaktivlik sindromu (DÇHS), Turett sindromu və Daun sindromu. Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, psixi pozuntulardan əziyyət çəkən uşaqların valideynləri, eləcə də pozuntuların mövcudluğuna baxmayaraq, öz həyat və nailiyyət tarixçələri barədə məlumat verəcək insanlar yer alacaq. Həmçinin konqresdə dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf xüsusiyyətləri olan insanlar ilə iş üzrə mütəxəssislər də iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin BP və Shokki Mokki kimi şirkətlər tərəfindən dəstəklənir. Təşkilatçıların portfelinə daxil olan daha bir yeni layihə isə 6-7 noyabr tarixində “Fairmont” otelində keçirilməsi planlaşdırılan 1-ci Azərbaycan Beynəlxalq Tibbi innovasiyalar “MEDINEX 2019” sərgi və forumu olacaq. Tədbirin məqsədi sənayenin gələcək inkişafı naminə bu sahənin, o cümlədən rəqəmsal səhiyyə sektorunun müxtəlif mütəxəssislərini bir araya gətirməkdir.Azərbaycanda keçiriləcək bütün sərgilər geniş işgüzar proqram və əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq.
Belə ki, sərgi iştirakçıları ilə yerli istehsalçılar və distribyutorlər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlər eksponentlərə potensial tərəfdaşlar, sifarişçilər ilə görüşmək üçün əlavə imkan yaradacaq. Sərgilərin açılışından xeyli əvvəl iştirakçılara sərgilərdəki bütün resurslar və imkanlardan səmərəli şəkildə istifadə olunmasında köməklik etmək üçün işgüzar səhər yeməyi ənənəsi davam etdiriləcək. “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Azərbaycan aşpazları çempionatı, Barbekyu çempionatı və dünya səviyyəli qastronomiya ustalarının təqdimatları, eləcə də ustad-dərsləri ilə əlamətdar olacaq Azərbaycan Aşpazlarının 2-ci konqresinin keçirilməsi planlaşdırılır. Təşkilatçılar sərgilərin veb-saytlarında ziyarətçilərə bir sıra üstünlüklər – sərgilərdə iştirak, əlavə tədbirlər proqramı və digər tədbirlər barədə ətraflı məlumat əldə etmək imkanı verən “Şəxsi kabinet”dən fəal istifadə etməyi tövsiyə edirlər. Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkar və mütəxəssisləri üçün qısa müddət ərzində xeyli aktual və faydalı məlumatlar əldə etməyə, biznesdə yeni istiqamətlər tapmağa, etibarlı tərəfdaşlar ilə görüşməyə, eləcə də yeni şirkətlərdə Xəzəryanı regiona maraq yaradaraq onları bu regiona cəlb etməyə imkan yaradacaq.

“MosBuild-2019” Beynəlxalq tikinti və inşaat materialları sərgisi və Azərbaycan

Rusiya Federasiyasının paytaxtı Moskvada “MosBuild-2019” Beynəlxalq tikinti və inşaat materialları sərgisində ölkəmizdə istehsal olunan tikinti materialları “Made in Azerbaijan” vahid ölkə stendi altında nümayiş etdirilib. Azərbaycanın “MosBuild” inşaat sərgisində iştirakı olduqca vacibdir. Bu sərgi önəmli və xeyli sayda ziyarətçi toplayan sərgilərdən biridir. Rusiya bazarı da Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlıdır. Çünki Azərbaycanda çox keyfiyyətli tikinti materialları istehsal olunur və onların “Made in Azerbaijan” brendi ilə xaricdə tanıdılması uğurlu təşəbbüsdür. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Moskvanın ən iri “Crocus Expo” sərgi kompleksində keçirilən “MosBuild- 2019” Beynəlxalq sərgisində, Azərbaycan şirkətləri sərgi iştirakçılarına kərpic, boya, sement, bağ mebeli, kabel, plastik borular və digər tikinti-inşaat materialları təklif edirlər. Sərgi çərçivəsində interaktiv kontent meydanlarında potensial müştərilərlə görüşlər, yeni məhsulların təqdimatı keçirilir, məhsulların ixracına dair müzakirələr aparılıbdır.

Qeyd edək ki, “MosBuild” sərgisində dünyanın 40 ölkəsindən 1500-dən çox şirkət iştirak edib. Sərgi çərçivəsində keçirilən 90 biznes toplantısında 240 mütəxəssis çıxış edib. Bu sərgi zamanı Azərbaycanda istehsal olunan mallara xüsusi diqqət yetirilibdir. Milli istehsalımıza olan maraq bir çox xarici şirkətlərlə imzalanan müqavilələrdə öz əksini tapıbdır.

26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

15 - 17 may tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2019 sərgisi keçirilib. Müstəqil Azərbaycanda qida sənayesinin inkişaf təməlində dayanan bu sərgi sənayenin yeni təmayülləri ilə ayaqlaşmaqla yanaşı, bu sahənin regionda aparıcı qüvvəsinə çevrilib. Sərgi uğurla həyata keçirildiyi 25 il ərzində dünyanın 40-dan artıq müxtəlif ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib. Bu gün WorldFood Azerbaijan sərgisi Azərbaycanda bu qəbildən olan yeganə tədbirdir və qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının unikal görüş yerinə çevrilib. WorldFood Azerbaijan sərgisi məhsul və avadanlıqların nümayiş olunması, habelə xidmətlərin təqdim edilməsi üçün səmərəli vasitə olmaqla yanaşı, ölkələr arasında yeni biznesə və iqtisadi ticarət əlaqələrinin inkişafına start verən platformadır. WorldFood Azerbaijan 2019 sərgisində Litva, Rusiya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən və özlərinin ən son məhsul və xidmətlərini təqdim edən 200-dən artıq eksponentin iştirakı ilə baş tutubdur. Belarus, İtaliya, Türkiyə, Şri-Lanka və Rusiyanın regional qrupları tədbirdə milli stendlərlə çıxış ediblər.İlk dəfə olaraq, Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyinin və chefs.az portalının təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar çempionatı keçirilib. Sərgidə Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İxracın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəyi ilə keçirilibdir. Beləliklə də bu sərgi vasitəsilə bir çox xarici ölkələrin şirkətləri ilə yerli istehsal məhsullarımıza olan maraqlar da artmışdır. Bunu isbat edən əsas amil isə, Azərbaycanda istehsal olunan məhsulların dünya bazarırna çıxarılmasıdır. Fikrimiczcə təşkil olunan bu sərgilər həm də beynəlxalq əlaqələlərin inkişafına böyük tövhədir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA