Dünyanın ən bahalı əsərindəki ŞİFRƏ

Dünyanın ən bahalı əsərindəki ŞİFRƏ

Heç bilirsiniz dünyanın ən varlı qadın rəssamı kimdir? Bir neçə ay öncə Sotheby’s hərracında britaniyalı rəssam Cenni Savilin “Propped” əsəri 12,4 milyon dollara satıldı.

Hurriyyet.org xəbər verir ki, bu hadisədən sonra Savil dünyanın ən bahalı qadın rəssamına çevrildi. Ona qədərsə bu titulu “Bluewald” əsərini 9,8 milyon dollara satan Kedi Noland daşıyırdı.

"Propped" Savilin 1992-ci ildə çəkdiyi avtoportretidir. Əsərdə rəssam fransız feministi Lyüs İriqareyin sitatlarından istifadə edib.

Rəsm ilk dəfə 1997-ci ildə “Gənc britaniyalı rəssamlar” adlı sərgidə kolleksiyaçı Çarlı Saatçiyə satılmışdı. Ötən ilin oktyabrında hərracda avtoportretə qoyulan qiymət isə dodaq uçuqladır.

Xatırladaq ki, Savil daha çox çəkdiyi çılpaq qadın və transgender nümayəndələrinin rəsmləri ilə məşhurdur. O, müsahibələrində qeyd edir ki, çağdaş dünyanın rəssamı olmaq istəyir.

İncəsənət incə məsələ olduğu üçün əsərə dəyər verməyi oxucularımızın öhdəsinə buraxırıq. \\Publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA