Dünyanın ən bahalı rəsm əsəri Salmanın yaxtasında tapıldı - 450 MİLYON DOLLARA SATILMIŞDI...

  • 2019-06-11 14:06:27
  • |
  • Dünya /

Dünyanın ən bahalı rəsm əsəri Salmanın yaxtasında tapıldı - 450 MİLYON DOLLARA SATILMIŞDI...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məxsus “Serene” adlı superyaxtanın göyərtəsində dünyanın ən bahalı rəsm əsəri tapılıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Leonardo da Vinçinin “Dünyanın xilaskarı” adlı rəsm əsərinin yoxa çıxması haqda 2019-cu ilin martında məlum olmuşdu. Bildirilirdi ki, Luvr muzeyinin Əbu-Dabidəki filialının əməkdaşları əsərin 2018-ci ilin sentyabrında muzeydə qoyulmalı olduğunu, amma “yoxa çıxdığını” deyiblər.

“Dünyanın xilaskarı” əsərində İsa Peyğəmbər təsvir olunub. Bu əsər 1500-ci ildə çəkilib. Uzun müddət itmiş hesab olunurdu, amma 1958-ci ildə əsəri Leonardo da Vinçinin şagirdlərindən birinin müəllifliyi ilə hərraca çıxarıblar. Əsər cəmi 45 funt-sterlinqə satılıb.

2007-ci ildə restavrasiya işlərindən sonra ekspertlər belə qənaətə gəliblər ki, “Dünyanın xilaskarı”nı əslində dahi rəssam özü çəkib. 2013-cü ildə əsəri rusiyalı milyarder-oliqarx Dmitri Rıbolovlev 128 milyon dollara alıb. Və 2017-ci ildə hərracda onu rekord qiymətə-450 milyon dollara satıb. Alıcının kimliyi açıqlanmayıb, amma təxmin edilirdi ki, əsəri Səudiyyə kral ailəsindən kimsə alıb.

Daha sonra əsərin Məhəmməd bin Salman tərəfindən alındığı təsdiqlənib, amma onun harada saxlanıldığı məlum deyildi.

Bildirilir ki, əsər vəliəhdin yaxtasında Mədinədə mədəniyyət mərkəzinin tikintisi başa çatana qədər saxlanılacaq. Ehtimal olunur ki, Vinçinin əsəri gələcəkdə həmin mərkəzdə nümayiş olunacaq.

Qeyd edək ki, indiki halda vəliəhdin yaxtası Leonardo da Vinçinin həmin əsərindən daha ucuzdur. Belə ki, “Serene” yaxtası 330 milyon dollara, yəni əsərin son hərrac qiymətindən 120 milyon dollar aşağı qiymətləndirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA