Dünyanın gündəmi olan Qüds niyə vacib və mübahisəli şəhərdir? - ARAŞDIRMA

Dünyanın gündəmi olan Qüds niyə vacib və mübahisəli şəhərdir? - ARAŞDIRMA

ABŞ prezidentinin "Qüdsü İsrailin paytaxtı kimi tanıyacam" bəyanatı bütün dünyada sərt reaksiyalara səbəb olub.

Hurriyyet.org ölkə.az-a istinadla xəbər verir ki, Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs sayıldığı üçün önəmli şəhərdir.Ağ Evin bəyanatı isə bir çox müsəlman ölkəsinin sərt reaksiyasına səbəb oldu. Türkiyə İsrail ilə diplomatik münasibətləri dayandıracağını açıqlayıb.

Dünyanın ən qədim şəhərlərindən olan Qüds bu gün Orta Şərq probleminin mərkəzindədir. İsrail 1967-ci ildə şəhərin şərq hissəsini işğal edib və 1980-ci ildə bütün şəhəri paytaxt elan edib. Amma bu günə qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyan heç bir dövlət olmayıb. Bu səbəbdən Trampın açıqlaması bir ilk olmaq xüsusiyyəti daşıyır.

Şəhərin statusu yoxdur

Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı
kimi görürlər. "Oslo" razılaşmasında Qüdsün statusu sülh müzakirələrinin növbəti mərhələsinə təxirə salınmışdı.
Üç səmavi dinin Qüdsdə müqəddəs məkanlarının olması şəhərin tarix boyu beynəlxalq əhəmiyyətə sahib olmasına səbəb olub.

Dünyanın ən qədim şəhərlərindən biridir

Qüds müqəddəs məkanlarla zəngindir. Ərəbcə "əl kuds", ibrani dilində "Yeruşalayim" adlandırılan Qüds dünyanın ən qədim şəhərlərindən biridir. Müqəddəs məkanları çox olduğu üçün müharibələrə səhnə olub və şəhər dəfələrlə dağıdılıb, inşa edilib.

Osmanlıların fəthi

Osmanlı imperiyası 1517-ci ildə Qüdsü fəth edərək 1917-ci ilə qədər nəzarətində saxlayıb. Üç səmavi dinə məxsus müqəddəs məkanlar şəhəri daha da önəmli edir. Müqəddəs məkanlar əsasən şəhərin Şərq hissəsindədir.
Şəhər əsasən dörd hissədən ibarətdir.

Qüds əsasən dörd hissədən ibarətdir. İçində min illərin tarixini daşıyan dar küçələrlə dolu Qədim Şəhər dörd hissəyə ayrılıb. Bunlar müsəlman, yəhudi, xristian və erməni məhəllələridir.

Ağlama Divarı və "Məscid-i Əqsa" bir-birinə bitişikdir

Qədim Şəhərin ətrafı qalın daş divarlarla çevrələnib. Müsəlmanlar üçün ən müqəddəs məkanlardan sayılan "Məscid-i Əqsa" və "Qübbətüs Səhra"nın olduğu "Haram-üş-Şərif" də Şərqi Qüdsdə yerləşir. İnanca əsasən, Məhəmməd Peyğəmbərin miracı burada olub.

"Məscid-i Əqsa"nın aşağısında olan və Süleyman Peyğəmbər dövründə inşa edilən məbəd isə yəhudilərin məşhur Ağlama Divarıdır. Bura yəhudi inancının ən müqəddəs məkanıdır.

Xristianlar üçün isə "Müqəddəs Qəbir Kilsəsi"ndə İsa Peyğəmbərin çarmıxa çəkildiyi və dəfn edildiyi inancı var. Bu kilsə yunan ortodoksal patriarxlığı, Roma Katolik Kilsəsi və erməni patriarxlığının nüməyəndələri tərəfindən idarə edilir.
Qüds İsrail-Fələstin münaqişəsinin mərkəzi problemidir.

İsrail Şərqi Qüdsü işğal edib

1967-ci ildə baş verən "altı günlük müharibə"də İsrail Şərqi Qüdsü işğal edib. Bu vaxta qədər Qüds İordaniyanın nəzarəti altnda olub. 1967-ci ildən bu yana Qüds İsrailin işğalı altındadır.
İsrail 1980-ci ildə qəbul etdiyi qanunla Qüdsü "bölünməz paytaxt" elan edib. Eyni qanunla şəhərdə yaşayan ərəblərə vətəndaşlıq verilib.
Ərəblər isə Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı kimi tanıyır. 1993-cü ildə imzalanan "Oslo Sülh Müqaviləsi"ndə Qüdsün yekun statusunun sülh müzakirələrinin növbəti mərhələlərində müzakirə edilməsinə razılıq verilib.
İsrail dövlətinin parlamenti, prezident administrasiyası, baş nazirlik və nazirlik kimi rəsmi qurumlar Qüdsdə yerləşir.
Amma İsrailin Qüdsü paytaxt elan etməsi beynəlxalq arenada tanınmır. Heç bir dövlətin səfirliyi Qüdsdə deyil. Bu səbəbdən Trampın açıqlaması bir ilk ola bilər.

Əhalisi

İsrailin Şərqi Qüdsü işğal etməsindən sonra şəhərdə yəhudilərin sayı artıb. 1967-ci ildən bu yana İsrail Qüdsdə ən azı 10 yaşayış məntəqəsi inşa edib. 200 min yəhudi şəhərə köçürülüb.
Beynəlxalq hüquqa əsasən, yəhudi yaşayış məntəqələrinin inşası qeyri-qanunidir. Amma İsrail buna etiraz edir.
Qüds əhalisi 850 min nəfərdir. Əhalinin 37 faizi ərəb, 61 faizi isə yəhudilərdir...

  • Hamısı
  • Loading...