Dünyanın yeni dəbi: Hamı ayağı ilə qapaq açmağa çalışır - VİDEO

Dünyanın yeni dəbi: Hamı ayağı ilə qapaq açmağa çalışır - VİDEO

Bottle Cap Challenge çılğınlığına məşhurlar qoşulub ayaqla qapaq açma dəbi adlandıra biləcəyimiz Bottle Cap Challenge, sosial mediada yeni dəbə çevrilib. Taekvandoçu Farabi Davletçin ilə başlayan bu axın aktyor Ceyson Stafam ilə populyarlaşıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, qazaxıstanlı taekvandoçu Farabi Davletçinin başladığı bu axında məqsəd içi su ilə dolu olan şüşənin qapağını təpiklə açmaq və bunu edərkən suyu tökməməkdir.

Trendə qatılan ilk məşhur şəxs isə dizayner Errolsun Haq olub. O da qarışıq döyüş sənətləri ustası Maks Hollovayı dəvət edib. Maks Hollovay isə amerikalı müğənni Con Mayerə, Con Mayer də məşhur ingilis aktyor Ceyson Stefama meydan oxuyub.
Meydan oxumaya laqeyd qalmayan aktyor da təpiyi ilə şüşə qapağını açıb. Qısa müddətdə məşhurlaşan bu trendin yayılmasında Ceyson Stefamın rolu böyük oldu.

Stefamın videosu 2 gündə 15 milyon izlənib və minlərlə şərh alıb.

Musavat.com xatırladır ki, təkcə məşhur şəxslər yox, çox sayda sosial media istifadəçisi də fırlanaraq atdıqları təpiklə butulka qapağı açma videolarını paylaşıb. Dalğa-dalğa yayılan bu axın sosial media istifadıçilərinin və başqa məşhurların cəhdləri ilə milyonlarla insana çatdırılıb.