Şəbnəm keçmiş ərindən danışdı: “Qızıma şərait yaratmışam ki...”

Şəbnəm keçmiş ərindən danışdı: “Qızıma şərait yaratmışam ki...”

Müğənni Şəbnəm Tovuzlu “Bizimləsən” verilişində qonaq olub.

İfaçı keçmiş həyat yoldaşından bəhs edib: “Ailədə anlaşılmazlıq ola bilər. Biz düşməncəsinə ayrılmamışıq. Hər şey ailə ilə bağlı birləşib. Bəlkə, övlad olmasa, “salam, sağ ol” da olmazdı. Qızımın 15 yaşı var, atasına çox bənzəyir. Özü ilə “salam, sağ olum” olmasa da, bilirəm ki, o, onunla nəfəs alır. Hər ikisi bir-biri ilə nəfəs alır. Onlara şərait yaratmaq mənim borcumdur.

Həyat yoldaşım da deyir ki, Günel, o sənin atandır. Sən mənim canımsan, nə deyirsən gözüm üstə. İndiki yoldaşım artıq 5 ildir Güneli əlinin içində saxlayır. Amma o sənin yarındır. Onunla görüş də, sev də, atandır”.

Qeyd edək ki, Hacı Rafiq adlı iş adamı ilə evli olan Şəbnəmin ikinci nikahından bir oğul övladı da var./musavat.com/

Loading...

QALEREYA